Məhkəmə qərarları › İş №3(056)-1287/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1287/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1287/2025 13.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 6 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə MN ******* saylı, 29 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində onun İXM-in 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi ilə bağlı vahid protokol tərtib edilərək inzibati xəta haqqında protokolda AR İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinin mahiyyəti göstərilməmişdir. Bu hal inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsinin göstəricisidir. Halbuki, AR İXM-nin 100.5.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bununla yanaşı iş materiallarından görünür ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı öz əksini tapmamış, həmçinin inzibati xəta haqqında protokolda şəxsin izahatı göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.5.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, inziabti xəta haqqında protokolda inzibati xətanın İXM-in müvafiq maddəsi üzrə inzibati xətanın mahiyyəti göstərilmədiyindən və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı olmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəməə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 6 saylı X2 geri qaytarılsın. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar