Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1299/2024 06.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqslirləndirilməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materiala görə, Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 09 avqust 2024-cü il tarixdə təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhər sakini Şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə Yasin Mehtiyevin qanunsuz olaraq əkib-becərdiyi 2 (iki) ədəd narkotik tərkibli çətənə kollarına oxşar ümumi təmiz çəkisi 879.9 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Asiman Bəkirov tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən inzibati qaydada icraat açılması RPŞ-nin İTB-nə tapşırılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2024-cü ilin yanvar ayında yaşadığı küçədə piyada hərəkət edən zaman yerdə bir kibrit qutusu görmüş, götürüb içərisinə baxdıqda 2 ədəd çətənə bitkisinin toxumunun olduğunu görmüş, toxumları kəmişdir. 09 avqust 2024-cü il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəsinə və həyətində olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demiş, ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəsinə baxış keçirilən zaman, özü dibçəkdə əkmiş olduğu 02 ədəd çətənə bitkisini təqdim etmişdir. Əkdiyi 02 ədəd olan çətənə bitkisi hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmiş, evdə qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Söz verir ki, bir daha belə bir əmələ yol verməyəcəkdir. Ailəlidir və ailəsinə yeganə qazanc gətirən şəxsdir. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə ailəsinin tələbatlarını qarşılayır. Buna görə də məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş: «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 25 avqust 2024-cü il tarixlli qərardan görünür ki, aşkar edilmiş çətənə bitkilərinin cəmi çəkisi 879.9 qram olduğundan Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə -iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 208-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi və ailəsinə yeganə qazanc gətirən şəxs olması səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib dövlət nəfinə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan 2 ədəd narkotik tərkibli, ümumi çəkisi 879.9 qram olan çətənə bitkisi məhv edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1299/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1299/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver