Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1305/2025 12.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Sabirabad rayonu, Qaralar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş 12 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 04 iyul 2025-ci il tarixdə, saat 15 radələrində Məmişlər kəndində qohumu X4 döyərək xəsarət yetirmiş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, Aysel Abıyeva xalası gəlinidir, münasibəti əvvəllər normal olub. Onun ailəsində uzun müddətdir ki, şəxsi məsələ ilə bağlı ailədaxili söz-söhbətlər var, 1 il olar ki, o, atası evində qalır. xx.xx.2025-cı il tarixdə Sabirabad şəhərində yerləşən «Nurgul» şadlıq evində toy mərasimində iştirak etmiş, məclisdə rəqs edərkən kimsə onu telefonla çəkib, həmin çəkilişi Aysel toyda iştirak etməsə də onun telefonunda həmin görüntünü görmüşdür. Bir müddət sonra eşitmiş ki, həmin görüntünü əri Muxtar Məmmədova kimsə yollayıb. Videonun Muxatara göndərilməsində Ayseldən şübhə etdiyi üçün onun anası Sevilə zəng vurub bu barədə bildirmişdir. xx.xx.2025-cı il tarixdə mərhum xalası Nişanabəyim (Zərifə) Abıyevanm 40 mərasimi keçiriləcəkmiş, bununla bağlı özü də yas yerində iştirak etmişdir. Saat təxminən 15 radələrində məclis yekunlaşmış, həyətdə iş görərkən Aysel arxadan gəlib heç bir söz demədən saçlarından tutub dartaraq yerə yıxmış, əlləri ilə boğmağa cəhd etmiş, bu zaman özü də özünü müdafiə etmək üçün baş və sifətinə əllərilə zərbələr vurmağa başlamış ki, onu buraxsın. Bu zaman mübahisə yerinə gələn Vəzifə, Ülviyyə, Vəzifə və Fərqanə onları aralaşdırmışlar. Baş verənlərdən sonra Aysel 102 xidmətinə zəng vurub dava-dalaş barədə bildirmişdir. Vəzifə, Mələkxanım və Hökümə Ayselin üzərinə hücum çəkməmişlər. Dava-dalaşın yaranma səbəbi Ayseldir, ilk öncə o onu vurmuşdur. Onu konkret olaraq Aysel vurub döyüb. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, 2010-cu ildə Məmişlər kəndində yaşayan X7 ilə ailə qurmuş, hazırda 4 azyaşlı uşaqları vardır. xx.xx.2025-cı il tarixdə qayınanası Nişanabəyim (Zərifə) Abıyevanm 40 mərasimi keçiriləcəkmiş, bununla bağlı həmin yas yerində iştirak etmək üçün xx.xx.2025-ci il tarixdə uşaqları ilə kəndə gəlmişlər. Əri Railin xalası qızı Svetanın ailəsində uzun müddətdir ki, şəxsi məsələ ilə bağlı ailədaxili söz-söhbətlər davam edir. Sveta ona bəlli olmayan səbəbdən öz ailəsində olan söz-söhbətə görə onu günahkar çıxarır, bu səbəblə ötən ayın əvvəllərində anası Sevilə zəng vurub, onu və ailəsini telefonda hədə qorxular gəlib. xx.xx.2025-cı il tarixdə saat 15 radələrində yas mərasiminin yekunlaşmış, Svetaya yaxınlaşıb ona demiş ki, nə səbəblə anası Sevilə zəng vurub azyaşlı uşaqlarını ölümlə hədələyir. Bu zaman Sveta ilə aralarında sözlə mübahisə olmuş, o onun üzərinə gəlib əli ilə sifətinə və ağzına vurub əlləri ilə boğaz və sinəsinə cırmaq atmış, sonra onu yerə yıxmış, həmin vaxt onun sağ dizi yerə dəyib xəsarət almışdır. Özünü müdafiə etmək üçün Svetanın baş nahiyyəsinə əl atıb saçlarını dartmışdır. Onları həmin vaxt əri Railin qohumları Ülviyyə ilə Xanımqız sakitləşdirmişlər.Oraya gələn Vəzifə, onun qızı Mələkxanım, sonra Hökümə üstünə onu vurmaq üçün üstünə hücum çəkmiş, lakin Ülviyyə ilə Xanımqız onlara mane olmuşlar.Baş verənlərdən sonra 102 xidmətinə zəng edib döyülməyi barədə şikayət etmişdir. Onu konkret olaraq Sveta vurub döyüb.O, Svetanın cinayət məsuliyyətinə cəlb edilməyini istəyir.Vəzifə, qızı Mələkxanım, Hökümə üstünə gəlsə də, onlar onu vura bilməyib sadəcə sözlə hədələyib. Real olaraq Svetanın onu vurmasını Ülviyyə ilə Xanımqız görüb. Hal-hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, ərizə əsasında araşdırılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi qərara alınmışdır; Məhkəmə iclasında tədqiq edilmiş materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 280 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-boyunun ön səthində sıyrıqlar, alt və üst dodaqda qansızmalar KÜT əşyanın (əşyaların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2025-cı il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatları, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 280 nömrəli rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını, sadəcə olaraq üstündən itələdiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsi vurmadığını söyləməsinə baxmayaraq təhqiqat araşdırması zamanı zərərçəkmiş şəxs ilə mübahisə apararkən onu itələməsini etiraf etməsi özü də onun hazırda özünümüdafiə xarakterli izahat verməsinin göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı övladlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1305/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1305/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver