Məhkəmə qərarları › İş №3(056)-1325/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1325/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1325/2024 11.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonunun Zalqarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Zalqarağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)- 529/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-529/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 1265 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu bu günə kimi heç bir məbləğdə ödəniş etməmişdir. Tələbkar borcun ödənilməməsindən narazıdır. Borclu İcra şöbəsinə dəvət edilmiş, o, izahat verərək bildirmişdir ki, qətnamə ilə razı deyildir, apellyasiya şikayəti vermişdir. Lakin işin apellyasiya məhkəməsinə göndərilməsi barədə hər hansı sənəd daxil olmamışdır. Hazırda borclu icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, adıçəkilən qətnamə ilə razı deyildir. Onun tələbkara borcu yoxdur. O, qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra yenidən müddətin bərpası barədə ərizə ilə birgə apellyasiya şikayəti vermiş, buraxılmış müddət bərpa edilməmişdir. Həmin qərardaddan o, narazı qalıb şikayət vermiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və işin apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda o, işin nəticəsinin gözlənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu borcun ödənilməsini qəsdən yubadır. Ona görə də o, borcun tam ödənilməsini istəyir. Borc məbləği ödənilmirsə borclu barəsində sərt tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol geri qaytarılmalıdır. Belə ki, iş materialları və borclunun məhkəməyə təqdim etdiyi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı tədqiq edilərkən həqiqətən də müəyyən edilmişdir ki, Şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-529/2023 saylı icra sənədinin əsasını təşkil edən qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, buraxılmış müddətin ötürülmə səbəbi üzrlü hesab edilməmiş, o, həmin qərardaddan şikayət vermiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-529/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar qərardaddan verilmiş apellyasiya məhkəməsi tərəfindən təmin edilib müddət bərpa olunarsa, o zaman məhkəmə qətnaməsi apelliya qaydasında yoxlanılmalı olacaqdır ki, qətnamə qanuni qüvvəsini almamış hesab ediləcəkdir. Bu xüsusda isə şəxsin qanuni qüvvəsini almamış qətnamə üzrə inzibati məsuliyyətə cəlb edilmiş olması yolverilməz hesab edilməklə azadlıq hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olacaqdır. Ona görə də hazırki mərhələdə inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birgə İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protocol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar