Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1358/2025 18.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X34 oğlunun katibliyi, Şikayət vermiş şəxs X7, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 nümayəndəsi Nümayəndə2, X4 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12, 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Sabirabad rayonun, Nizami kəndinin ərazisindəki məcburi köçkün düşərgəsində ailəsi ilə məskunlaşmışdır. Qarabağ müharibəsinin veteranıdır. Artıq ahıl yaşdaydır və kənd ağsaqqallar şurasının da sədridir. Məcburi köçkün olduğu ilk dövrlərdə onlara o vaxtı bu ərazidə yaşayan, əslən Şamaxı rayonundan olan Bəşir Bədəlov onlara çox köməkliklər göstərmişdir. Aralarında böyük hörmət və etibar yarandığına görə qohum olmuşdur. X15 Bəşir Bədəlovun bibisi oğlu Ağayar Allahverdi oğluna almışlar və çox mehriban qohum olmuşlar. Bu qohumluqdan sonra Bəşir ona təklif etdi ki, onun da iri və xırdabuynuzlu heyvanları var. Əgər razılıq versə, heyvanlarını bir yerə qataq və birlikdə saxlayaq. Heyvanları yayda Şamaxıda yaylaqda olurdu, qışda isə Sabirabadda qışlaqda olurdu. Heyvanların yanında əsas Bəşir qalıb, onlara qulluq edirdi. O isə kənar işləri idarə edirdi, həm də onun ailəsinin ərzaq təminatı ilə məşğul olurdu. Aralarında sırf qohumluq münasibətindən qaynaqlanan doğma bir münasibət mövcudur və təsərrüfatılarını və problemlərini birlikdə idarə və həll edirlər. O, fərdi sahibkar deyil və bu qaydada da uçotda deyil. Adi vətəndaşdır və fiziki şəxs olmaqla qohumları ilə birlikdə qarşılıqlı hörmətə və yardıma əsaslanan bir mühitdə yaşayır. Onun işəgötürən funksiyası yoxdur, heç kimi işə götürə bilməz. Çünki məcburi köçkün olmaqla öz xırda bir təsərrüfatını idarə edir və onun gəliri ilə də ailəsini dolandırır. Sabirabad rayon prokurorluğu ona qarşı əsassız yoxlama apararaq, qərəzli mövqe tutaraq barəsində inzibati icraat açmışdır. Barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli qərarında onu vəzifəli şəxs kimi qiymətləndirərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün X18 Mil-Muğan reğional Şöbəsinə göndərmişdir. X18 Mil- Muğan reğional Şöbəsinin müdiri X19 məsələni araşdırmadan, həmin inzibati xətanın subyekti olub olmadığını araşdırmadan “İnzibati tənbeh verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla onu 1000 (bir min) manat inzibati qaydada cərimə etmişdir. Həmin qərar aşağıdakılara əsasən tamamilə qanunsuz və əsassızdır: Əvvəla, Bəşir Bədəlov adlı şəxslə heç bir əmək münasibəti olmayıb, qohum kimi heyvanlarını bir yerdə saxlayırlar. Bəşirin təsərrüfatı onunkundan daha böyükdür, çünki onun iri buynuzlu heyvanları da var, o da isə bir qədər xırdabuynuzlu heyvanlardır. Onun imkanı daha genişdir. İkincisi, fərdi sahibkar deyil və Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində müəyyən olunduğu qaydada vəzifəli şəxs hesab edilmir. Vergi ödəyicisi kimi uçotda deyil. Sabirabad rayon prokurorluğunun qərarında səhvən qeyd olunduğu kimi vəzifəli şəxs statusu yoxdur. X35 arasındakı münasibət yuxarıda qeyd olunan qanunların tələblərinə uyğun deyil, qohumluğa əsaslanır və aralarında heç bir əmək-hüquq münasibəti mövcud deyildir. Hər ikisinin ailəsinin ərzağa olan ehtiyacını ödəmək üçün alıb gətirdiyi ərzaq təminatı isə əməkhaqqı deyildir və qohumluğa əsaslanmışdır. Buna görə də, bu halda o öz qohumuna münasibətdə işə götürən ola bilməz. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X12 verilmiş şikayəti müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 nümayəndəsi Nümayəndə2 məhkəmədən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X13 bildirdi ki, Sabirabad rayon prokurorluğunda aparılan araşdırma zamanı onun izahatı düzgün yazılmayıb. Dediyi fikirlər saxtalaşdırılıb. O, heç vaxt deməmişdir ki, qohumu Yusif Adıgözəlov ona ayda 150-200 manat əməkhaqqı verir. Bu ağ yalandır. O, Yusif Adıgözəlov ilə qohumdur, onun baçısı qızı Xəyal bibisi oğlu Ağayarın həyat yoldaşıdır. Onlar çox mehriban yaşayırlar. Yusif Adıgözəlov ilə çox mehriban qohumdurlar. Razılıq əsasında öz təsərrüfatında olan iri və xırda buynuzlu heyvanlarını Yusifin tövləsində saxlayır. Eyni zamanda Yusifin də bir neçə xırdabuynuzlu heyvanlarını öz heyvanlarına qatıb saxlayır. Yusif Adıgözəlovun arada-bir kəndə gələndə onun da ailəsinə şəhərdən pay alıb gətirir. Bunu heç bir haqq müqabilində etmir. Onun heyvanlarına heç bir haqq müqabilində baxmır. Aralarında yalnız qohumluq var. O, Yusif Adıgözəlovun işçisi deyil, o da onun müdiri deyil. Təsərrüfatı onunkundan böyükdür. Bunlara əsasən Yusif Adıgözəlovun barəsində Sabirabad rayon prokurorluğunda aparılan araşdırma zamanı böyük saxtakarlığa yol verilərək izahatı düzgün yazılmayaraq, ona oxumağa imkan verilmədən tələsik imza etdirmişlər. Odur ki, X18 X16 müdiri X11 Yusif Adıgözəlovun barəsində qəbul etdiyi “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarı tamamilə yalan və saxta məlumatlara əsaslanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Sabirabad rayon prokurorunun “İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar inzibati tənbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və X7 İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X21 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X17 tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X12 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, o cümlədən qərarda adları qeyd olunan şəxslərin izahatları inzibati tənbeh vermə haqqında qərar qəbul etmək üçün səlahiyyətli orqan tərəfindən alınmamış, Sabirabad rayon prokurorunun “İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” 28 iyul 2025-ci il tarixli qərarında qeyd edilən izahatlar tədqiq edilməyərək əsas götürülmüşdür. Bununla da fiziki şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X21 tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bununla belə, o da aydın olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X21 tərəfindən X10 və X9 müraciətləri əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız bu şəxslərin ərizələri ilə kifayətlənilmişdir. X3 inzibati cərimənin qanunsuz yazıldığını, Bəşir Bədəlovun onun işçisi olmadığını və onunla heç bir əmək münasibətində olmadığını bildirmişdir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, X12 tərəfindən işə götürülməmişdir və aralarında heç bir əmək münasibəti yaranmamışdır. X2 heç bir şikayəti yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X12 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X12 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X16 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X7 İXM-nin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X12 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X17 tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X17 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1358/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1358/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver