Məhkəmə qərarları › İş №3(056)-1363/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1363/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1363/2024 02.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 Azər oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23382093 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23382093 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X2 şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23382093 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 12.40 radələrində idarə etdiyini VAZ 21063 makalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabirabad şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olan zaman şəhəri sıxlıq təşkil edən «ALNEO» Ticarət Mərkəzinin qarşısında hərəkət yolunun sağ hissəsində aşağı sürət nəticəsində qəflətən maşında nasazlıq yarandı və maşın qızma səbəbindən söndü. Ondan asılı olmayan səbəblərdən dərhal aşağı düşmüş, ilk növbədə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmadığını müəyyən etmiş, sonra yolun kənarında fəaliyyət göstərən KİOSKdan su almağa getmişdir ki, maşının yanacaq nasosuna tökməklə orada soyuqluq yaratmış və maşını işə salsın. Onun maşınının müvəqqəti xarab olduğu ərazinin yolları dar və standartlara uyğun olmadığı üçün hər gün orada minlərlə nəqliyyat vasitəsi dayanır,ərazidə fəaliyyət göstərən Bankın xidmətindən istifadə,Ticarət mərkəzindən alış-veriş edir. Yolun eni dörd maşının hərəkəti üçün nəzərdə tutulsada əksinə həmin yol yalnız iki maşının hərəkəti üçün imkan verir. Bundan başqa ensiz və standartlara uyğun olmayan yolun mərkəzindən məqsədli şəkildə qoşa xətt çəkilib ki, bu da bütün nəqliyyat vasitələrinin onlardan asılı olmayan və məcburi səbəblərdən hər iki qoşa xətt taptalanmalı olur.Yol polisi özü belə hər gün dəfələrlə həmin qoşa xətti taptalamalı olur. İnzibati hadisə baş verən anda onun maşını bir anlıq xarab olmuşdu və o, təcili şəkildə maşını işə salıb hərəkətinə davam etmək istəyirdi. Bu an ondan arxada gələn DYP-nin maşını onun maşınını arxadan çəkərək çıxıb getdi. Yol Polisi Xidməti maşınından aşığı düşüb dayanmanın səbəbi ilə maraqlanmadı. Bəlkə yol nəqliyyat hadisəsi törənmişdi? Bəlkə onun maşınının təkəri çıxmışdı və yaxudda ki, maşın kimisə vurmuşdu? Yol polisi maşının qabaq hissəsini çəkmədi,arxa hissəsini çəkib çıxıb getdi. 5 dəqiqə sonra onun mobil telefonuna İXM-nin 346.4-cü maddəsinin tələblərinin pozulması ilə bağlı SMS gəldi. 3 gün sonra Yol polisi İdarəsinə getdim ki, İnzibati Xəta ilə bağlı qərarı alsın. Belə ki, İXM-nin 57.1- 57.5-ci maddələrinə əsasən qərardan səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququnun olduğu bildirilir. Yol Polisi İdarəsində ona müxtəlif qızışdırıcı sözlərlə özündən çıxması üçün atmacalar atdılar ki, onu özündən çıxarsınlar və sonra hansısa yolla üstünə şər və böhtan atsınlar. O, sakitcə və təmkinlə qərarı alıb oradan uzaqlaşdım və həmin qanunsuz qərardan şikayətlə müraciət etmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Maşını bir anlıq xarab olub,köməyə ehtiyacı olduğu halda yol polisi bununla maraqlanmayıb maşının arxadan şəkilini çəksələr də, qabaq tərəfdən çəkməyiblər. Bunun özü qanun pozuntusudur. Yəni maşının nə səbəbdən dayandığı və qarşıda nə baş verdiyi yol polisinin vecinə də olmayıb. Юikayət verən şəxs X2 мэ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edilməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizə təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəməyə tutarlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23382093 saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normaları baxımından hüquqi qiymət verilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta qərarı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübutetməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan özdaxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən, sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayətin məzmunundan göründüyü kimi, şikayətçi barəsində şikayət etdiyi norma üzrə qanun pozuntusunun mövcudluğunu özü təsdiq etmiş, lakin bu pozuntuya yol verməsini öz mülahizələri ilə əsaslandırmağa çalışmış. İnzibati tənbeh tətbiq edən polis əməkdaşının hadisənin hansı səbəbdən baş verdiyini araşdırmadan qərar qəbul edilməsini mübahisələndirmişdir ki, şikayətçinin göstərmiş olduğu hallar əməlin inzibati xəta olmasını aradan qaldıra hal hesab edilə və nəzərə alına bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, protokolun tərtib edilməsində və qərarın qəbul edilməsində hər hansı bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 411.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23382093 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, X1 həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23382093 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar