Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-138/2023 04.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X6 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu, Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs Sabirabad rayonu, Qaratəpə kəndində xx.xx.2023-cü il tarixdə qonşusu X7 ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və eyni zamanda qonşusudur. Aralarında ədavət yoxdur. xx.xx.2022-ci il tarixdə o, Sabirabad rayonu Qaratəpə kəndində yaşadığı evin qarşısında qoşuları X4, X9 və oğlu Fazil Abdullayev ilə söhbət edən zaman Zərərçəkmiş şəxs özünə məxsus qoyunları kənd ərazisində Sabir kanalının yanı ilə yaşadığı evə doğru aparırdı. Elgün onun yaşadığı evin qarşısından keçən zaman ona tərəf baxıb tüpürərək nalayiq söyüşlər söymüş, o, Elgünün söyüş söyməsini və tüpürməsini gördükdə əlini Elgünə tərəf qaldıraraq nə üçün söyüş söydüyünü bildirmiş, bu vaxt aralarında mübahisə yaranmış, Elgün əlində olan çomaqla onun qabırğa və baş nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, o da özünü qorumaq üçün Elgünü vurmuşdur. Həmin zaman X9 hadisə yerinə qayıtmış və onları bir-birlərindən aralaşdırmışdır. Onun həyat yoldaşı X1 evin qarşısına çıxaraq atasının xəstə olmasını, ayıb olduğunu bildirib onu evə çağırmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Elgünü də Səid yaşadığı evə aparmışdır. O, hadisə zamanı və hadisədən sonra yerdə heç bir məbləğdə pul vəsaitini görməmişdir. Çünki hadisədən sonra arvadının çağırışına əsasən evinə daxil olmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Göstərdiklərinə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisi və eyni zamanda qonşusudur. xx.xx.2022-ci il tarixdə o, qoyunları kənd ərazisində Sabir kanalının yanı ilə yaşadığı evə doğru aparmışdır. Həmin tarixdə axşam saat 19 radələrində qonşusu Asimin yaşadığı evin qarşısından keçən zaman o, qoyunların yerişindən toz qalxması səbəbi ilə yerə tüpürmüşdür. Bu vaxt Asim yol kənarında dayanmışdır. Asim onun yerə tüpürməyini gördükdə ona qarşı əxlaqsız söyüşlər söymüşdür. O da Asimi söymüş və aralarında mübahisə yaranmışdır. Asim onun üzərinə hücum etmiş, yumruq və təpiklə onu baş nahiyəsindən vurmuşdur. X5 Abdullayev hadisə yerinə gələrək onu kürəyindən vuraraq xəsarət yetirmişdir. O da əlində olan çomaqla Asimin qabırğa və baş nahiyəsinə vuraraq özündən uzaqlaşdırmışdır. O, yaşadığı evdə olan zaman üzərində saxladığı 2400 manat pul vəsaitinin olmadığını görmüşdür. Həmin vaxt bilmişdir ki. mübahisə zamanı şalvarının sağ arxa cibində olan 2400 manat pulu itirmişdir. Yoldaşı və anası hadisə yerinə baxsalar da pulu tapa bilməmişlər. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir, əsas tələbi pulunun qaytarılmasıdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X10 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞnin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev tərəfindən qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərar əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. İşin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev tərəfindən qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması 09 yanvar 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisənin qarşılıqlı baş verməsini, tərəflərin həmkəndli olmasını, aralarında olan münasibətin gələcəyə nəzərən gərginləşdirilməməli olmasını nəzərə almaqla, barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla belə, məhkəmə Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş digər tənbeh tədbiri olan cərimə tənbeh tədbirinin həddini müəyyən edərkən zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-138/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-138/2023
04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver