Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1384/2025 29.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi 25.08 2025-ci il tarixli, EQ 30191345 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin barəsində tərtib etdiyi 25.08 2025-ci il tarixli, EQ 30191345 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 25.08 2025-ci il tarixli, EQ 30191345 nömrəli inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi hüququ göstərilmiş, həmçinin belə şikayətə baxılması qaydası öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 25.08 2025-ci il tarixli, EQ 30191345 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamam olduğundan X3 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi 25.08 2025-ci il tarixli, EQ 30191345 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamam olduğundan X1 qaytarılsın. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1384/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1384/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver