Məhkəmə qərarları › İş №3(056)-1386/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1386/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1386/2025 12.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X3 oğlunun katibliyi, X1 iştirakı ilə X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət etmiş, işin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətinin məğzinin Sabirabad DYPŞ-nin əməkdaşlarının apardığı ümumi araşdırma və hərəktlərindən olduğunu bildirib, ərizə ilə məhkəməyə müraciət edərək hazırki şikayətinə baxılmasını istəmədiyini, şikayətinə əlavə etdiyi sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayət vermə hüququ şikayətçiyə məxsus olduğu kimi, onun şikayətinə baxılmasını tələb etməməsi barədə hüququ da tanınmalı, bu xüsusda onun xahişi nəzərə alınmalı və şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar