Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-139/2023 05.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 Azər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sabirabad rayon Polis şöbəsinin X7 Xidməti bölməsinin Yol Patrul Xidməti inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü ildə saat 17:00 radələrində narkotik vasitə olan marixuanadan istifadə edərək sürücülük hüququ olmadan «VAZ-2101» markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobilli idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında dostu X3 məxsus Vaz-21011 markalı ** GX *** dövlət nömrə nişanlı avtomaşının təkərini rayon ərazisində təmir etdirmişlər. Avtomaşını təmir etdikdən sonra Rauf maşına əyləşmiş, Cavad kənd istiqamətində idarə etmiş, Kür çayı kənarında olan bəndin üzərində Raufa maşını ona verməsini, onun da maşın sürməyi öyrənmək istəməsini söyləmişdir. O, maşını bəndin üzəri ilə Saatlı rayonun Novruzlu kənd istiqamətində idarə etmiş, sonra geri qayıtmışdır. Geri qayıdarkən Cavad kənd ərazisində 2 nəfər avtomaşını işarə edib saxlatmış, özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Əməkdaşlar onlara narkotikin təsiri altında maşını idarə etmələrini bildirərək bununla bağlı müayinə edilmək üçün polis şöbəsinə dəvət etmişlər. Onlar PŞ-də narkoloq həkimin test müayinəsindən keçirilmiş, onun narkotik qəbul etməsi təsdiq olunmuşdur. O, həmin narkotik vasitə olan marixunananı Kür çayı kənarında siqaret qutusuna doldurulmuş halda aşkar etmiş, istifadə etmişdir. Avtomaşın idarə etməyə dair sənədləri yoxdur. İlk dəfədir ki, inzibati xəta törətdir. Hazırda əməlindən peşmandır. Ona görə də o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun 04 fevral 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Şəxs və X2 əməllərində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində AR İXM-nin 332.2-ci 334.1 və 535, həmçinin X2 əməlində AR İXM-nin və 535-cı maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə və DYPB-nə verilməsi, qərarm surəti maraqlı tərəfə göndərilməklə, qərardan şikayət etmək qaydası izah edilməsi, qərarın surəti məlumat üçün rayon prokurorluğuna göndərilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, 21 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi»nə aktın surətindən görünür ki, Şəxs sidikdə marixuana müayinəsi zamanı tək xətt pozitiv aşkar olunmuşdur. Şəxs İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolla, inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını, ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətində şübhəli şəxs qismində tutulmaqla 1 gün Sabirabad RPŞdə saxlanılmışdır Məhkəmə hesab edir ki, insan hüquq və azadlıqlarının müdafiəsi baxımından bu xüsusat da nəzərə alınmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təyin ediləcək cərimə məbləğindən 50 (əlli) manat çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Şəxs 04 fevral 2023-cü il tarixdən 05 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində Sabirabad RPŞ-də saxlanıldığı bir gün nəzərə alınmaqla Şəxs qəti olaraq 450 (dörd yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-139/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-139/2023
05.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver