Məhkəmə qərarları › İş №3(056)-1390/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1390/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1390/2024 25.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X1 barəsində qəbul edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1247/2022 saylı qərarının icrasına xitam verilməsi barədə ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində qəbul edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1247/2022 saylı qərarının icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizəçi ərizəsinə icrasına xitam verilməni xahiş etdiyi qərarı əlavə etməmişdir. Belə olan halda X1 barəsində sürücülük hüququnun məhdudlaşdırılıb məhdudlaşdırılmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 barəsində qəbul edilmiş Sabirabad Rayon Məhkəməsinin 3(056)-195/2019 saylı qərarının icrasına xitam verilməsi barədə ərizəsi üzrə material natamam hesab edilməli və material ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində qəbul edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1247/2022 saylı qərarının icrasına xitam verilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar