Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1404/2024 30.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis Şöbəsinın İctimai Təhlükəsizlik Bölməsinın sahə rəisi Salmanov Fərid Mahir oğlunun, zərərçəkmiş şəxs Abdullayev Pünhan Nüşrəvan oğlunun və barəsində inzibati icraat başlanmış şəxs Rzayev Emil Fariz oğlunun iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Sabirabad rayon Qəzli kəndində qeydiyyatda olmaqla yaşayan Rzayev Emil Fariz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959529№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Rzayev Emil Fariz oğlunun barəsində İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959529№-li protokolun və əlavə olunmuş sənədlərin məzmununa görə, Rzayev Emil Fariz oğlu xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixə keçən gecə Sabirabad rayonu Qəzli kənd sakini Abdullayev Pünhan Nüşrəvan oğluna məxsus 1 ədəd, 3 metr uzunluğunda, D 300 mm ölçüdə, ümumi dəyəri 180 manat olan dəmir borunu oğurladığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsində təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayev Emil Fariz oğlu özünü təqsirli bildiyini, zərərçəkmiş şəxs Abdullayev Pünhan Nüşrəvan oğlu ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ona dəyimiş ziyanın əvəzi olan 180 manat pul vəsaitini ona ödədiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Abdullayev Pünhan Nüşrəvan oğlu izahatında Rzayev Emil Fariz oğlundan heç bir şikayət və tələbinin olmadığını, dəyimiş ziyanın əvəzi olan 180 manat pul vəsaitinin qaytarıldığını bildirərək, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Bayramov Möhlət xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Abdullayev Pünhan Nüşrəvan oğlunun müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surəti şikayətçi Abdullayev Pünhan Nüşrəvan oğluna göndərilməklə, qərardan şikayət etmək qaydası ona izah edilməsi, qərarın surəti məlumat üçün Sabirabad rayon prokuroruna göndərilməsi, Rzayev Emil Fariz oğlunun əməlində İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Sabirabad RPŞ-nin İTB-yə verilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959529№-li Protokolu, əlavə edilmiş sənədləri nəzərdən keçirib, proses iştirakçıları dinləyib, iş üzrə təqdim edilmiş sübutları birbiri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Rzayev Emil Fariz oğlu zərərçəkmiş Abdullayev Pünhan Nüşrəvan oğlunun 180 manat məbləğində zərər vurmaqla bunlada İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İXM-nin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 39.2-ci maddəsinə görə bu məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından Rzayev Emil Fariz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959529№-li inzibati xəta haqqında Protokol əsasında Rzayev Emil Fariz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (zərərçəkmiş şəxslə barışdığı üçün). Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1404/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1404/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver