Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1405/2024 30.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 Azər oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis Şöbəsinın sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat başlanmış şəxs X4 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Sabirabad rayonunun Qəzli kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959528№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959528№-li Protokola və protokol ətrafında toplanmış materiala görə, X6 xx.xx.2024cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 180 manat dəyərində dəmir borunu oğurlamış, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında X3 heç bir şikayət və tələbinin olmadığını, pulunun qaytarıldığını bildirmiş, buna görə də, X4 barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, X4 barəsində İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Sabirabad RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959528№-li Protokolu, əlavə edilmiş sənədləri nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də X6 xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 180 manat dəyərində dəmir borunu oğurladığından onun əməli düzgün tövsif edilmişdir. X4 Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə bu məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1405/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1405/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver