Məhkəmə qərarları › İş №3(056)-1408/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1408/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1408/2024 02.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, İİ qrup əlil, Vətən müharibəsi qazisi, Sabirabad rayonunun Bulduq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol ətrafında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 iyul 2024-cü ildə saat 13:00 radələrində Sabirabad rayonu, Kürkəndi kəndi istiqaməti ilə ona məxsus «Khazar Elex» markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən qarşı zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Kia Sportage» markalı **- XU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmədə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, 09 iyul 2024-cü ildə saat 13:00 radələrində Kürkəndi kəndi istiqaməti ilə ona məxsus «Khazar Elex» markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən qarşısına çıxmış “VAZ 2106” markalı avtomobilin sürücüssü onu çaşdırmış, nəticədə o, qarşı zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Kia Sportage» markalı **-XU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə vaxtı avtomobildə tək olmuşdur. İlk dəfədir ki, inzibati xəta törədir. Əməlindən peşmandır. Özü Vətən müharibəsi qazisi olmaqla İİ qrup əlildir. İşləmək qabiliyyəti yoxdur. Göstərdiyi halların nəzərə alınaraq məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xəta üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə İXM-nin 62.4-cü maddəsinin tələblərinə əsaslanaraq işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP6563093 nömrəli protokolla, yol-nəqliyyat hadisəsinin sxemi və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə görə bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 32-ci maddəsinə əsasən şəxsin əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və Vətən müharibəsi qazisi olmasını məsuliyyəti güngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, yuxarıda sadalanmış halları və İİ qrup əlil olduğuna görə barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq ona İXM-nin 334.3-cü maddəsinin sanksiyası həddi daxilində cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şirvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar