Məhkəmə qərarları › İş №3(056)-141/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-141/2023

05.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-141/2023 05.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN1642038 nömrəli protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Cavad kəndində idarə etdiyi Vaz-21011 markalı ** GX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən texniki nəzarət qaydasında saxlanılan zaman narkotik vasitə olan marixuadan istifadə etməsi müəyyən edilmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında dostu X4 məxsus Vaz-21011 markalı ** GX *** dövlət nömrə nişanlı avtomaşının təkərini rayon ərazisində təmir etdirmişlər. Avtomaşını təmir etdikdən sonra Rauf maşına əyləşmiş, Cavad kənd istiqamətində idarə etmiş, Kür çayı kənarında olan bəndin üzərində Rauf maşını ona verməsini, onun da maşın sürməyi öyrənmək istəməsini söyləmişdir. O, maşını bəndin üzəri ilə Saatlı rayonun Novruzlu kəndi istiqamətində idarə etmiş, sonra geri qayıtmışdır. Geri qayıdarkən Cavad kənd ərazisində 2 nəfər avtomaşını işarə edib saxlatmış, özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Əməkdaşlar onlara narkotikin təsiri altında maşını idarə etmələrini bununla bağlı müayinə edilmək üçün polis şöbəsinə dəvət etmişlər. Onlar PŞ-nə gəlmiş, orada hər hansı tabesizlik göstərməmişlər. Hazırda o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun 04 fevral 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Şəxs və X3 əməllərində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində AR İXM-nin 332.2-ci 334.1 və 535, həmçinin X3 əməlində AR İXM-nin və 535-cı maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə və DYPB-nə verilməsi, qərarm surəti maraqlı tərəfə göndərilməklə, qərardan şikayət etmək qaydası izah edilməsi, qərarın surəti məlumat üçün rayon prokurorluğuna göndərilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, yuxarıda istinad edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə tabesizlik göstərməsi barədə hər hansı qeyd, hər hansı əsaslandırma öz əksini tapmamış, təhqiqatçı sadəcə göstərmişdir ki, hesab edir ki, şəxsin əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri vardır. Göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində iş ürə icraat apaılan şəxsin izahatından və materialdan da görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı mövcud olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla X3 barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar