Məhkəmə qərarları › İş №3(056)-1411/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1411/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1411/2024 03.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, X3 katibliyi, protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1942-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959559№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959559№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Şəhiriyar küçəsində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına zərər vurmayan xəsarət yetirmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nın 157-ci maddəsi ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur və Zərərçəkmiş şəxs yaşadıqları küçədə zibil tullantıları üçün qazılan quyunun ləğvi ilə bağlı şikayət ərizəsi ilə əlaqədar müxtəlif dövlət orqanlarının nümayəndələrinin xx.xx.2024-cü il tarixdə küçədə toplanaraq məsələnin müzakirəsi zamanı, o da küçəyə çıxmış və bu vaxt Zərərçəkmiş şəxs öz telefonu ilə onu videoçəkiliş apararkən, onu çəkilişə etiraz edib, Zərərçəkmiş şəxs əlindəki telefonuna əli ilə yüngül formada vuraraq, çəkilişin dayandırılmasını ondan tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs onun etirqzına məhəl qoymayıb, çəkilişi davam etmişdir. Mübahisə təxminən 1-2 dəqiqə çəkmişdir. Bir daha qeyd edir ki, onun 82 yaşı var, bu yaşda onun cavan adamı döyərək ona ağrı yetirməsi mümkünsüz olaraq, həqiqətə uyğun deyildir. Qeyd edilənlərə əsaslanaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təxminən bir ay əvvəl olar ki, yaşadığı evin yaxınlığında zibillərin atılması üçün quyunun qanunsuz qazılması ilə bağlı müxtəlif dövlət orqanlarına şikayət etmişdir. Həmin şikayət ərizəsi ilə əlaqədar müxtəlif dövlət orqanlarının nümayəndələrinin xx.xx.2024-cü il tarixdə onların yaşadığı evin küçəsinə toplanaraq, məsələnin müzakirəsi zamanı, onunla qonşuluqda yaşayan Xanalı kişi də hadisə yerinə gələrək zibil atılan yerin ləğv olunmasına maneəçilik törətməyə başlamışdır. Bu zaman o, özünə məxsus telefon vasitəsilə videoçəkiliş apararkən, Xanalı onu nalayiq ifadələrlə təhqir etmiş və onun əlindən şillə ilə vuraraq, ona fiziki ağrı yetirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və inzibati xəta haqqında materialı nəzərdən keçirib belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraata aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, inzibati xəta haqqında protokola əlavə olunmuş videoçəkilişə dair CD diski, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarda əks olunmuş MTE və PA Birliyinin Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 574 nömrəli rəyinə və inzibati işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarda əks olunmuş MTE və PA Birliyinin Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 574 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş CD diskə daxil edilmiş videoçəkilişdən görünür ki, insanların toplandığı küçədə Şəxs şikayətçi Zərərçəkmiş şəxs onu telefonla videoçəkiliş aparmasına etiraz etmiş, onlar arasında mübahisə yaranmış və nəticədə Şəxs əli ilə Zərərçəkmiş şəxs əlindəki telefonuna vuraraq, çəkilişin dayandırılmasını ondan tələb etmişdir. Həmin görüntüdən aydın olur ki, fiziki cəhətdən çox zəif qoca yaşında Şəxs, əli ilə cavan və sağlam Zərərçəkmiş şəxs əlindəki telefonuna yüngül formada vuraraq, çəkilişin dayandırılmasını ondan tələb etmişdir. Həmin videogörüntü məhkəməni, qoca yaşında fiziki zəif olan Şəxs cavan və sağlam Zərərçəkmiş şəxs döyərək, ona ağrı yetirməsi halının istisna edilməsi fikrinə gəlməyə əsas verir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, məhkəmə araşdırmasının nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə zibil tullantıları üçün qazılan quyunun ləğvi ilə bağlı Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar müxtəlif dövlət orqanlarının nümayəndələrinin qazılan quyunun yerində toplanaraq məsələnin müzakirəsi zamanı, qonşuların da toplandığı həmin yerdə olan Şəxs şikayətçi Zərərçəkmiş şəxs onu telefonla videoçəkiliş aparmasına etiraz etmiş, onlar arasında mübahisə yaranmış və nəticədə Şəxs əli ilə Zərərçəkmiş şəxs əlindəki telefonuna vuraraq, çəkilişin dayandırılmasını ondan tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs hər hansı xəsarət almamış, həmçinin fiziki ağrıya məruz qalmamışdır. İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nın 157-ci maddəsində nəzrədə tutulan xəta törətməsini təsdiq edən sübutlar kifayət deyildir və mötəbər hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasmm 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyamızın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul və bəyan edilmiş «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanlarm təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin. təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və va inkar cavab verməsinin səbəbləri göstərilsin. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs İXM-nın 157-ci maddəsində nəzərdə tutulan xəta törətməsini müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsi mötəbər sübutlarla təsdiqini tapmadığından onun barəsində İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 75.0.6-cı maddəsində əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar sırasına aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidtr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: xx.xx.2024-cü il tarixli MN1959559№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (əməlində inzibati xəta tərkibi olmadığı üçün). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar