Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1412/2024 03.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, X3 katibliyi, protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1942-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959560№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1959560№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Şəhriyar küçəsində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələrlə təhqir etmiş və bununla da ictimai qaydanı pozmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 1959560№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur və yaşadıqları küçədə zibil tullantıları üçün qazılan quyunun ləğvi ilə bağlı Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar müxtəlif dövlət orqanlarının nümayəndələrinin xx.xx.2024-cü il tarixdə küçədə toplanaraq məsələnin müzakirəsi zamanı, o da küçəyə çıxmış və bu vaxt Zərərçəkmiş şəxs öz telefonu ilə onu videoçəkiliş aparmağa başlamışdır. O, çəkilişə etiraz edib, Zərərçəkmiş şəxs əlindəki telefonuna əli ilə yüngül formada vuraraq, çəkilişin dayandırılmasını ondan tələb etmiş və qəzəbli formada ona iradını bildirmişdir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqında icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmisdir ki, Şəxs onun qonşusudur və yaşadıqları küçədə zibil tullantıları üçün qazılan quyunun ləğvi ilə bağlı onun şikayət ərizəsi ilə əlaqədar müxtəlif dövlət orqanlarının nümayəndələrinin xx.xx.2024-cü il tarixdə küçədə toplanaraq məsələnin müzakirəsi zamanı, Şəxs də küçəyə çıxmış və bu vaxt o, öz telefonu ilə Şəxs videoçəkiliş apararkən, Şəxs çəkilişə etiraz edib, onun əlindəki telefonuna əli ilə vuraraq, çəkilişin dayandırılmasını ondan tələb etmiş və qəzəbli formada onu nalayiq ifadələrlə təhqir etmişdir. Hazırda şikayətçi olaraq, Şəxs ilə barışmaq niyyətində olmadığını nəzərə alaraq, onun barəsində həbslə bağlı inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Sabirabad şəhər sakini Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu Şəhriyar küçəsində insanların olduğu yerdə qonşusu Zərərçəkmiş şəxs ifadələrlə təhqir etmiş və bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs izahatını, inzibati xəta haqqında protokola əlavə olunmuş videoçəkilişə dair CD diski, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuş inzibati işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İş materiallarına əlavə olunmuş CD diskə daxil edilmiş videoçəkilişdən görünür ki, insanların toplandığı küçədə Şəxs şikayətçi Zərərçəkmiş şəxs onu telefonla videoçəkiliş aparmasına etiraz etmiş, onlar arasında mübahisə yaranmış və nəticədə Şəxs əli ilə Zərərçəkmiş şəxs əlindəki telefonuna vuraraq, eyni zamanda onu nalayiq ifadələrlə təhqir edərək, çəkilişin dayandırılmasını ondan tələb etmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı nəzrdən keçirib hesab edirəm ki, Şəxs İXMnın 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs izahatı, inzibati xəta haqqında materiala əlavə olunmuş videoçəkilişə dair CD diski, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510-cu maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510-cu maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510-cu maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 510-cu maddəsinin sanksiyası həddində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ədalətli və qanuni olmaqla yanaşı, həmdə inzibati tənbehin məqsədlərinə daha uyğundur. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959560№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1412/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1412/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver