Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1420/2025 15.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X3 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 26 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 26 avqust 2025-ci il tarixdə Sabirabad rayonu Həşimxanlı kəndində saxladığı iri buynuzlu mal-qaranın ifrazatını (sidiyini) təyinatsız kollektora axıtmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 6 saylı X3 nümayəndəsi X9 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2025-ci il tarixli 3-14-42/2-378/2025 saylı Sabirabad rayonu Həşimxanlı kənd sakini X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt” xidmətinə “qonşusu mal-qara tullantılarını kollektora tökür, üfunət iyi gəlir” məzmunlu müraciəti aidiyyəti üzrə 6 saylı X3 əməkdaşları tərəfindən yerində araşdırlmışdır. Aparılan baxışda Sabirabad rayonu Həşimxanlı kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin əməkdaşı və Şəxs iştirak etmişlər. Müəyyən olunmuşdur ki, 1-KY-D31 kollektorun mühafizə zolağında mal-qara saxlanılması üçün tövlə (7m x 4m) müəyyən edilmiş və mal-qaranın ifrazatı (sidiyi) su ilə yuyalarkən kollektora axıdılır. Mövcud olan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən əməkdaşları tərəfindən akt tərtib edilmiş, çəkilmiş fotoşəkillər və digər materiallar akta əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Sabirabad rayonu Həşimxanlı kənd sakini qoşusu X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt” xidmətinə “qonşusu mal-qara tullantılarını kollektora tökür, üfunət iyi gəlir” məzmunlu müraciəti barədə xəbəri vardır. Qeyd etdiyi müraciətdən sonra 6 saylı X3 əməkdaşları tərəfindən araşdırlma aparılmışdır. Aparılan baxışda Sabirabad rayonu Həşimxanlı kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin əməkdaşı və o, iştirak etmişlər. Belə ki, həqiqətən də, 1-KY-D31 kollektorun mühafizə zolağında mal-qara saxlanılması üçün tövləsi vardr və mal-qaranın ifrazatı (sidiyi) su ilə yuyalarkən kollektora axır. Ola bilsin ki, mal-qaranın ifrazatı (sidiyi) kollektora axandan sonra orada üfunət iyi qalsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2025-ci il tarixli, 001217 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2025-ci il tarixli 3-14-42/2-378/2025 saylı Sabirabad rayonu Həşimxanlı kənd sakini X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt” xidmətinə “qonşusu malqara tullantılarını kollektora tökür, üfunət iyi gəlir” məzmunlu müraciəti aidiyyəti üzrə 6 saylı X3 əməkdaşları tərəfindən yerində araşdırlmışdır. Aparılan baxışda Sabirabad rayonu Həşimxanlı kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin əməkdaşı və Şəxs iştirak etmişlər. Müəyyən olunmuşdur ki, 1-KY-D31 kollektorun mühafizə zolağında mal-qara saxlanılması üçün tövlə (7m x 4m) müəyyən edilmiş və mal-qaranın ifrazatı (sidiyi) su ilə yuyalarkən kollektora axıdılır. Mövcud olan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş və digər materiallar akta əlavə edilmişdir. İnzibati xəta haqqında 26 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 26 avqust 2025-ci il tarixdə Sabirabad rayonu Həşimxanlı kəndində saxladığı iri buynuzlu mal-qaranın ifrazatını (sidiyini) təyinatsız kollektora axıtmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ələkbərov X6 rayonu Həşimxanlı kəndində saxladığı iri buynuzlu mal-qaranın ifrazatını (sidiyini) təyinatsız 1-KY- D31 kollektoruna axıtmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1420/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1420/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver