Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1433/2023 26.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə ilcasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon prokurorunun 140-C-23 saylı material üzrə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 (VÖEN: **********, FİN 2GPHBQK) barəsində Azərbaycan Respublikası İXM-nın 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın və zəruri sənədlərin baxılması üçün Sabirabad rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarının əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarın şərhindən görünür ki, şikayətçi Sabirabad rayonu Su Kanal İdarəsi onu Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsi ilə ittiham edərək 3496 manat məbləğində su sərfiyyatı ilə bağlı prokurorluq orqanına şikayət etmişdir. Prokurorluq orqanı isə öz növbəsində onun əməlində qeyd olunan cinayət əməlinin tərkib hissəsi olmadığından barəsində İXM-nın 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul etmişdir. Belə ki, Sabirabad rayon prokuroru özünün xx.xx.2023-cü il tarixli qərarında onu vəzifəli şəxs kimi göstərməklə Su kanal İdarəsinin su sərfiyyatı üzrə məbləğin çox hissəsini bu qaydada tutulması məqsədilə barəsində İXM-nın 262.3-cü maddəsi ilə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur, qərarda göstərilənlərin heç biri işin faktiki hallarına uyğun deyildir. Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında, eləcə də, ona təqdim olunan xx.xx.2023-cü il tarixli şəhadətnamədən (VÖEN **********) görünür ki, o, fiziki şəxs kimi uçota alınmışdır. Bu fakt prokurorluq orqanının qərarının əsassız olmasını bir daha təsdiq edir. Ona görə də, qeyd olunan qərar ləğv edilməlidir. Şikayət verən şəxs X5 və qərarından şikayət verilmiş Sabirabad rayon prokuroru məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin tələblərinə istinad edərək, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarı və əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Sabirabad rayon prokuroru F.Pənahovun 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında mübahisəsləndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə və işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elsevər Mirzəyev rayon prokurorluğuna müraciət edərək, Sabirabad şəhəri, Vidadi küçəsi ev 43 ünvanında yaşayan X3 təchizatı şəbəkəsində qanunsuz qoşulmaqla su resurslarının talanması barədə məlumat vermişdir. Fakla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Fiziki şəxsin uçotu haqqında” xx.xx.2023-cü il tarixli Şəhadətnamə (VÖEN **********) əsasında fəaliyyət göstərən fərdi sahibkar X1 şəhəri, Vidadi küçəsi ev 41B ünvanında yerləşən çayxana tipli sahibkarlıq obyektindəki su sayğacına gələn su təchizatı borusuna üçlü qoşqu vasitəsilə əlavə qanunsuz boru xətti qoşmaqla su resurslarını talayaraq 3492 manat məbləğində ziyan vurmuş, sonuncunun əməlləri 4 saylı Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə aşkar edilərək, qarşısı alınmış və bununla da, Y.Ə.Sadıqova vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmə şikayətçi Y.Ə.Sadıqovanın etiraz mövqeyi ilə razılaşmır və qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi yuxarıda istinad olunan İXM-nın 17-ci maddəsində vəzifəli şəxslərin inzibati məsuliyyəti və vəzifəli şəxslər kateqoriyasına kimlərin aid edilməsi müəyyən edilərək, digər şəxslərlə yanaşı həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər də vəzifəli şəxs hesab edilmişdir. Göründüyü kimi “Fiziki şəxsin uçotu haqqında” xx.xx.2023-cü il tarixli Şəhadətnamə (VÖEN **********) əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən X5 tərəfindən idarə etdiyi ünvan 2 ünvanında yerləşən çayxana tipli sahibkarlıq obyektindəki su sayğacına gələn su təchizatı borusuna üçlü qoşqu vasitəsilə əlavə qanunsuz boru xətti qoşmaqla su resurslarını talayaraq 3492 manat məbləğində ziyan vurması faktı üzrə araşdırma zamanı və Sabirabad rayon prokuroru F.Pənahov tərəfindən 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış və qanunlara düzgün əməl edilmişdir. İşin yuxarıda araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun 140-C-23 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət verən şəxs X2 şikayətində əks olunmuş dəlillər əsassız olduğundan, mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz. Ona görə də Y.Ə.Sadıqovanın şikayəti təmin edilməməli və “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları müəyyən edilmişdir ki, hazırki araşdırma zamanı adıçəkilən normada sadalnmış hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının İnzbati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsaslaraq qərarın dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1433/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1433/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver