Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1448/2025 10.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, xx.xx.1983-cü ildə, Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsindən xx.xx.2025-ci il tarixli, İXP7361527 nömrəli İnzibati xəta haqqında protokol və protokol əsasında toplanmış material daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs «VAZ 21074» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxıla bilər. Elektron portaldan çıxarışdan görünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar üzrə barəsində təyin edilmiş 40 manat cərimə məbləğini və hesablanmış 24 manat dəbbə pulu olmaqla ümumilikdə 64 manat məbləğində cəriməni dövlət nəfinə ödəmişdir Məhkəmə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP7087716 nömrəli protokolu, ona əlavə edilmiş sənədləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəriməni ödəməsinə dair AsanPay ödəniş sistemindən çıxarışın surətini araşdıraraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olsa da, o, inzibati xəta üzrə yaranmış cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyi nəzərə alınaraq Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu iş üzrə məhkəmə qərər qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- 43, 48-51, 114, 128-130-cu və 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati məsuliyyətdən azad olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(056)-1448/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1448/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver