Məhkəmə qərarları › İş №3(056)-1450/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1450/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1450/2025 09.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Sabirabad rayonu Cəngən kəndində qeydiyyatda olmaqla Astara rayonu, S.Vurğun küçəsi ev 10, mənzil 10-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-cu il tarixli, MN ******* nömrəli «İnzibati xəta haqqında» protokol tərtib edilərək, baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı xx.xx.2025-cu il tarixli, MN ******* nömrəli «İnzibati xəta haqqında» protokolda Şəxs Əliqardaş oğlunun xx.xx.2025-ci il tarixdə Astara rayonunda ucadan səs-küy salaraq polisin qanuni tələbinə tabe olmaması göstərilmişdir. Halbuki xx.xx.2025-ci il tarixli raportdan da görünür ki, Sabirabad rayonu Çəngən kəndində yaşayan X1 müraciəti ilə bağlı xx.xx.2025-cü tarixdə rayonun Çəngən kəndində qeydiyyatda olan Astara şəhəri S.Vurğun küçəsində yaşayan Şəxs materialla bağlı Sabirabad RPŞ-nin İTВin rəisi, polis mayoru A.Abdullayevin xidməti otağıma dəvət etmişdir. Həmin şəxsə hadisə ilə bağlı suallar verdiyi zaman o, Əhmədov Yusifin ərizəsi ilə tanış olarkən həmin şəxsin barəsində uca səslə ünvanına nalayiq ifadələr işlətmişdir. O, onu nizam intizama dəvət etdikdə Şəxs öz qanunsuz hərəkətini davam etdirib uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Onun bu hərəkətlərinə görə səs-küyə qonşu otaqlardan digər əməkdaşlar gəlmişlər. Həmin əməkdaşlarda onu nizam intizama dəvət etsədə, Şəxs bizim qanuni tələblərinə məhəl qoymayıb öz qanunsuz hərəkətlərini qəsdlə davam etdirərək dəfələrlə uca səslə nalayiq ifadələr işlədib Qaragüney PB-in iş fəaliyyətini pozmuşdur. Ona görə də Sabirabad rayonu Cəngən kəndində qeydiyyatda olan Astara şəhəri S .Vurğun küçəsində yaşayan Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyati əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. İnzibati materialı tədqiq edərkən müəyyən etdim ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Protokolda inzibati xəta törədən şəxsin Astara rayonunda və raportda isə Sabirabad RPŞnin inzibati binasında inzibati xəta törətməsi işin hallarında ziddiyət yaranmışdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində olan materiallar düzgün tərtib olunmadığına görə inizbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar