Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1452/2025 22.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30320221 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində xx.xx.2025-ci il tarixli, EQ 30320221 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edərək ləğv edilməsi və həmin inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Ford Fusion minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Belə ki, xx.xx.2025-ci il tarixdə istifadəsində olan Ford Fusion minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanda Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir) ona tətbiq edilmişdir. Habulki, riyazi hesabına görə həmin dayanacaqdan 30 metr uzaqlıqda olmuşdur. Bu da barəsində tərtib edilmiş əsassız qərardır. Ona görə də, heç bir əsas olmadan DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin polis polkovniki-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli EQ30320221 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli bilinməyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Amma DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin polis polkovniki-leytenantı Elvin Abduləlizadənin isə barəsində olan əsassız qərarın cəriməsini ödəmək iqtidarında deyil. Əgər hər hansı bir qanun pozuntusu edirsə, bunu sübut etmək DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin polis polkovniki-leytenantı Elvin Abduləlizadənin üzərinə düşür. Heç bir qanun pozuntusuna yol verməmişdir. Bütün bunların əsası kimi DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin polis polkovniki-leytenantı Elvin Abduləlizadə məhkəməyə dəvət edilməli, özü şəxsən videoçəkilişi gətirməli, hadisə yerinin sxemini təqdim etməli və bütün müddəalara riayət etməlidir. Əgər bütün sadaladıqlarını edə bilməyəcəksə, onda deməli protokol və onun əsasında tərtib edilmiş qərar əsassız və qanunsuzdur. Ona görə də, barəsində olan inzibati qərarın ləğv edilməsi zəruridir Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək hər hansı inzibati xəta törətmədiyini bildirmiş, lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30320221 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “FORD FUSİON minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 5.12yol nişanndan 15 metrdən az yaxınlıqda dayanması tələbini pozduğuna görə YPX əməkdaşı tərəfindən barəsində AR İXM-nin 346.2-ci maddəsi ilə inzibati xəta tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş video-görüntüdən görünür ki, “FORD FUSİON minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nişanından 15 metrdən xeyli artıq məsafədə dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X4 AR İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini, polis əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. İş materiallarında olan fotoşəkildən və əlavə edilmiş video-görüntüdən görünür ki, “FORD FUSİON minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nişanından 15 metrdən xeyli artıq məsafədə dayanmışdır. Bu da ona əsas verir ki, şəxs 5.12yol nişanından 15 metrdən az yaxınlıqda dayanması tələbini pozmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 30320221 nömrəli qərar şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tərkib hissəsi olmadığından qəbul edilmişdir ki, bu da həmin qərarın qanuni və əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30320221 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30320221 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1452/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1452/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver