Məhkəmə qərarları › İş №3(056)-1455/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1455/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1455/2023 13.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X8 Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Sabirabad rayonu, Balvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu, Balvar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayon Mehdibad qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin qarşısında keçmiş qudası Zərərçəkmiş şəxs yüksək səslə nalayiq söyüşlərlə söymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qudası olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsində uşaqla görüşdə olub bitdikdən sonra oradan uzaqlaşan zaman keçmiş qudası Zərərçəkmiş şəxs ilə sözdə mübahisələri düşmüş və qarşılıqlı olaraq bir-birilərini söyüb təhqir etmişlər. Ona görə də o, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2019cü ildə qızı X1 rayonu Balvar kənd sakini X5 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların bir oğlan övladı dünyaya gəlmişdir. Ailəsində problemlər olduğu üçün 2021-ci ildə qızı Sədrxan ilə rəsmi qaydada boşanmışdır. Həmin vaxtdan sonra dəfələrlə Sədrxanın atası Nəriman və anası Sənubər ilə aralarında mübahisələr olmuşdur. Bir neçə dəfə buna görə polis şöbəsinə müraciət etmişlər. Məhkəmənin qərarına əsasən hər həftənin 5-ci günü uşağı atası ilə görüşdürmək üçün Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gətirir. Uşağı görmək üçün atası Sədrxan gəlməsədə Nəriman və Sənubər gəlib uşağı görürlər. Hər dəfə də gələndə onu nalayiq ifadələr ilə təhqir edir və onunla mübahisə edirlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenə uşağı görmək üçün İcra və Probasiya Şöbəsinə gətirmişdim. Nəriman və Sənubər də orada idi. O, uşağı onlara verib kənarda gözləməyə başlamışdır. Bir müddət gözlədikdən sonra Nərimanın orada İcra və Probasiyanın rəisinə dünən bu uşaq üçün bir maşın ərzaq aldığını əynindəki paltarlarıda aldığını dediyini eşitmişdir. O, da ona yalan danışmamasını bildirmişdir. Bundan sonra Nəriman və Sənubər onu təhqir etməyə başlamışlar. Sənubər onun üzərinə hücum etmişdir. Orada olan polis əməkdaşı Ağabba onu tutub saxlamışdır. Nəriman da onu təhqir edərək, uca səslə onun polis əməkdaşları ilə əxlaqsızlıq etdiyini, dəfələrlə polis əməkdaşlarının avtomobilində gördüyünü deyirdi. Bundan sonra o, oranı tərk edib polis şöbəsinə gəlmişdir. Ona görə də o, məhkəmədən sonuncu barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, o, X6 Şöbəsinin polis nəfəridir. Belə ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məvəsi Zakiri ata babası Muradov Nəriman və ata nənəsi Şəxslə görüşdümək üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Uşaqla görüş bitdikdən sonra tərəflər arasında sözdə mübahisə başlamışdır. Bundan sonra Nəriman və Sənubər Gülnarəni uca səslə nalayiq söyüşlərlə söymüşdür. O, da mübahisənin daha da böyüməməsi üçün onları oradan uzaqlaşdırmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1855013 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və qadın olmasını nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla yanaşı, məhkəmə həmçinin barəsində iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən qanunvericiliklə müəyyən edilmiş cərimə məbləğinin həddini yuxarıda sadalanan halları nəzərə almaqla cərimə məbləğinin maksimum həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar