Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1458/2023 16.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü ildə narkotik vasitənin təsiri altında idarə etdiyi «VAZ-21074 minik» markalı **-NS-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həqiqətən də o, xx.xx.2023-cü il tarixdə evdə olan zaman metamfetamin qəbul etmiş, sonradan özünə məxsus «VAZ-21074 minik» markalı **-NS-*** dövlət nömrə nişanlı avtomaşının sükan arxasına əyləşərək Sabirabad şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkətdə olan təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşı onu saxlatdırmış və sənədlərini istəmişdir. Bu zaman bihuş olduğu üçün onu Sabirabad rayon Polis şöbəsinə aparıb alkotester müayinəsindən keçirmişlər. Müayinə zamanı onun metamfetamin qəbul etdiyi aşkar edilmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. Hazırda əməlindən peşmandır. Ailəlidir. İİ qrup əlildir. Ona görə də o, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Protokola əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 302 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı»ndan görünür ki, Şəxs narkotik vasitə olan metamfetamin təsiri altında olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolla, özünün etirafedici ifadəsi ilə və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, yuxarıda sadalanan məsuliyyəti yüngülləşdirən halları və Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin məqsədini, xətanın cəmiyyət üçün ziyanverici və qınaq obyekti olan vasitədən istifadə olunmaqla (narkotik vasitədən) törədilməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə tənbeh tədbiri deyil, sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, inzibati tənbehin əsas məqsədlərindən biri həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Belə olan halda sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edildikdə artıq digər sürücülər də sərxoş vəziyyətdə, narkotik və ya psixotrop maddələrin təsiri altında avtomobil idarə etməsinin ağır tənbehlə, yəni sürücülük hüququnun məhdudlaşdırılacağı ilə nəticələnəcəyini anlayacaq, bununla da tənbeh tədbiri məqsədinə çatmaqla digər şəxslər tərəfindən də yeni inzibati xəta törədilməsinin qarşısı alınacaqdır. Bununla belə, məhkəmə sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edərkən həmin tənbeh növünün həddini müəyyən edən zaman yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, qeyd edilən tənbeh tədbirinin minimum həddə (6 ay) müəyyən edilməsi şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətanın törədilməsinin qarşısının alınması üçün kifayətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1458/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1458/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver