Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1461/2023 16.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1964-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Qaratəpə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X2 bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar əsasında qəbul etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə münaqişə zamanı, Tusinin oğlu Turalın oraya gəlib böyüklərin mübahisəsinə müdaxilə etməsindən sonra Yaşarla aralarında dava-dalaş yaranmasını, buna görə Turalı tutub «itil cəhənnəmə küçük sən gəlib dava dalaş yaratdın» deyərək itələyib yerə yıxmışdır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Bu halın nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şahmərdan, qardaşı ismayıl və oğlu Yaşar onlarla qonşu olmaqla, aralarında ədavət, düşmənçilik olmamışdır. Lakin son bir neçə ay ərzində həyətyanı sahənin arasında olan su kanalına görə aralarında narazılıq yaranmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18-30 radələrində, Şahmərdangil həmin kanalı qazdırıb palçığını onların çəpəri tərəfi atmalarına görə küçədə atası Tusi ilə aralarında mübahisə yaranmışdır. O, mübahisəni eşidib çıxmış, Şahmərdan və qardaşı ismayılın atası ilə mübahisə etəmələrini, ona təziq etmələrini, nalayiq ifadələr demələrini görmüşdür. Yaxınlaşıb atasını müdafiə etmək məqsədilə onlara iradını bildirmiş, Şahmərdan onu da təhqir etmiş, ismayılın oğlu Yaşar üstünə gələrək vurmaq istəmiş, atası Tusi araya girib onun qarşısını kəsmiş, buna baxmayaraq Yaşar təpiklə sol qıçına vurmuş, atası onu tutub kənara çəkmiş, bu zaman arxadan ismayıl onu boynundan tutub boğmuş, Şahmərdan isə yumruqla sol gicgah nahiyəsindən vurmuş, gözü qaralıb yerə yıxılmış, yerdə olan zaman Şahmərdan və ismayıl üstünə düşüb onu döyməyə başlamış, Şahmərdan dizini üstünə qoyub yumruqla onu vurmuş, sifətini qoruduğu üçün yumruqlar bədəninə dəymiş, atası yaxınlaşıb Şahmərdanı ondan ayırmaq istəyərkən Yaşar atasını da tutub yumruqla vurmuş, dartıb köynəyini cırmışdır. Qonşusu İlyas gəlib onları ayırmış və dava-dalaş dayanmışdır. Hazırda o, Şahmərdan ilə barışmışdır. Ona görə də o, məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cü maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1461/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1461/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver