Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1465/2025 11.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə tarixdə Saatlı rayonunun Yeni Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Saatlı rayonunun Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala görə, Şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci ildə Sabirabad şəhəri, Muğan prospektində hərəkətdə olarkən X2 idarə etdiyi “Ford Transit” yük markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, idarə etdiyi “VAZ 2106” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci ildə Sabirabad şəhəri, Muğan prospektində hərəkətdə olarkən qarşıda sola dönmək istəyən X2 idarə etdiyi “Ford Transit” yük markalı, **- NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə ziyan dəymişdir. Hadisə zamanı tək olmuşdur. Heç biri bədən xəsarəti almamışdır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəmiş və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəlidir və himayəsində 3 aylıq bir övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Vətən müharibəsi iştirakçısıdır və xidməti zamanı baş kəşfiyyatçı vəzifəsində olmuşdur. Şuşanın, Xocavəndin, Cəbrayılın, Füzulinin azad olunması və müharibə veteranı medalları ilə təltif olunmuşdur. Barəsində həbs tənbeh tədbiri tətbiq edilərsə ailəsi başsız qalacaq və maddi vəziyyətləri ağırlaşacaqdır. Odur ki, o, məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarına izahatlar, yol-nəqliyyat hadisəsinin sxemi əlavə edilmiş, məhkəmə həmin sənədləri tədqiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, ailə vəziyyətini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və müharibə iştirakçısı olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1465/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1465/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver