Məhkəmə qərarları › İş №3(056)-1466/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1466/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1466/2024 07.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsi X14 və şikayət verən şəxs X3 iştirakları ilə, X3 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında iş üzrə qərar»ından vermiş olduğu şikayətə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon oğlunun 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında iş üzrə qərar»ından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Mübahisə edilən qərarın surətindən görünür ki, X6 həyətyanı sahəsində formalaşan bərk məişət tullantıları müəyyən olunmayan yerə toplayaraq yandırdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Halbuki, onun 90 yaşı var, heç bir ekologiyaya ziyan vurmamışdır. Onu nahaq olaraq cərimələyiblər. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və X11 xx.xx.2024-cü il tarixli qərarından narazıdı, həmin qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* saylı «İnzibati tənbeh vermə haqqında qərar»ı əsassız hesab edərək, onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsi X14 izahatında göstərdi ki, mənafeyini müdafiə etdiyi oğlunun 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş şikayətlər əsasında Sabirabad rayonu Ulacalı kəndində şikayətçinin yaşayış sahəsi üzrə araşdırma həyata keçirilmiş və pozuntu aşkar edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırki qərardan şikayət üzrə şikayətçinin yaşı nəzərə alınmaqla şikayətin təmin edilməsinə etirazı yoxdur. İş materillarında olan: oğlunun 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı «İnzibati xəta haqqında iş üzrə qərar»ın surətindən görünür ki, X6 həyətyanı sahəsində formalaşan bərk məişət tullantıları müəyyən olunmayan yerə toplayaraq yandırdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Ulacalı kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1935-ci il təvəllüdlü Ulacalı kənd sakini X4 verilmiş xx.xx.2024-cü il tarixli, 5-70-35/2-754/2024 saylı arayışdan görünür ki, xx.xx.1935-ci il təvəllüdlü Ulacalı kənd sakini X2 qızı X7 övladları ilə birlikdə Bakı şəhərində yaşayır. Halhazırda onlara məxsus olan Ulacalı kəndindəki evdə yaşayış yoxdur. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, araşdırılmış sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, təqdim olunmuş sübutlarla əməldə istinad olunan inzibati xəta sübuta yetmədiyinə görə X6 barəsində 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında iş üzrə qərar» ləğv edilməli, onun barəsində İXM-nin 234.0.5-ci maddəsi ilə açılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyamızın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və va inkar cavab verməsinin səbəbləri göstərilsin. Məhkəmə yuxarıda göstərilən xüsusatlara münasibət bildirərək qeyd edir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X6 barəsində protokol tərtib edilərkən onun həmin protokolda qeyd olunmuş inzibati xəta törədilərkən həmin kənddə olmaması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tədbiri görülmüş X3 hazırkı inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində 3 saylı Ərazi Ekologiya və X16 rəisi X10 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında iş üzrə qərar»ı ləğv edilərək, onun barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 barəsində 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 xx.xx.2024cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında iş üzrə qərar»ı ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar