Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1468/2024 11.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X9, X1 nümayəndəsi X6 iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Surra kəndində qeydiyyatda olmaqla orada yaşayan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və həmin protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli, 2(056)-555/2023 saylı icra vərəqəsinə əsasən X7 iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 240 manat məbləğində aliment tutularaq X8 ödənilməlidir. Bundan əlavə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-343/2024 saylı icra vərəqəsinə əsasən alimentin məbləğin artırılmış, həmin icra vərəqəsinə əsasən X7 iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 350 manat məbləğində aliment tutularaq X8 ödənilməlidir. Protokol tərtib edildiyi zamana borclunun ödənilməmiş hər iki icra vərəqəsi üzrə cəmi 1869 manat aliment borcu olmuş, protokol məhkəməyə təqdim edildikdən sonra tələbkar yaranmış borcun ona tam ödənilməsi barədə yazılı qəbz təqdim etmişdir. Hazırda borc məbləği qalmadığından o, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, hazırda o, tələbkara olan borcunu tam ödəmişdir. Göstərdiklərinə əsasən o, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. X1 nümayəndəsi X11 bildirdi ki, hazırda yaranmış borc tam ödənilmişdir. Ona görə də o, borclunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən cəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1468/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1468/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver