Məhkəmə qərarları › İş №3(056)-1474/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1474/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1474/2023 18.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 17 oktyabr 2023-cü il tarixli, GP19387678 nömrəli qərardad və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 18 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol daxil olmuşdur. Daxil olmuş 17 oktyabr 2023-cü il tarixli, GP19387678 nömrəli qərarddan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “QAZEL” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmiş, yoxlama zamanı Şəxs avtomobili sərxoş halda idarə etməsi müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Daxil olmuş 18 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Sabirabad rayonu, Qəzli kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sabirabad Rayon Məhkəməsinin hakiminin xx.xx.2023-cü il tarixli «İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında» qərardadla Şəxs barəsində olan 3(056)-1471/2023 və 3(056)-1474/2023 nömrəli inzibati materiallar 3(056)-1474/2023 nömrə altında birləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:50 radələrində özünə məxsus “QAZEL” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Sabirabad rauon Qəzli kənd ərazisində sərxoş vəziyyətdə avtomaşınını idarə edərkən Sabirabad RPŞ-nin dövlət yol polis əməkdaşları ona saxla işarəsi vermiş, o, həmin vaxtı sərxoş olduğundan öz hərəkətini bilməyərək yaşadığı Sabirabad rayon Qəzli kənd ərazisində yol polis əməkdaşlarının xidməti avtomaşını olan **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşının “sağ” tərəf hissəsinə vuraraq avtomaşını əzmiş və sonra oradan uzaqlaşıb getmiş, avtomaşınını öz evlərinin həyətində saxlayaraq evə girib yatmışdır. Bir qədər sonra polis əməkdaşları onun evinə gələrək onu Sabirabad RPŞ-nə dəvət edərək etmişlər. İlk öncə o, tabesizlik edərək getmək istəməsə də, sonradan şöbəyə getmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Bir daha belə hallara yol verməyəcəkdir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Ona görə də o, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları birbiri ilə müqayisə şəkildə təhlil etməklə, hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də İXM-nin 535.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş Şəxs daha ciddi xətaya görə, yəni İXM-nin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) nəzər alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş və o, Sabirabad RPŞ-də saxlanılmış, hal-hazıradək azad edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının İXM-nin 89.5-ci maddəsinin tələbinə istinad edərək (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) hesab edir ki, həbsetmənin əvvəli onun tulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333.3- cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən saat 22:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar