Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1476/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29742684 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 29747264 nömrəli qərarlardan vermiş olduğu şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2025-ci il tarixdə X2 barəsində qəbul edilmiş edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29742684 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 29747264 nömrəli qərarlardan şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-nin 57.5-1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarlar barədə SMS məlumatlar qərarın qəbul edildiyi gündə (xx.xx.2025-ci il tarix, saat 18:28 və xx.xx.2025-ci il, saat 06:44) şikayətçiyə çatdırılmış və bu barədə məlumatlar şikayətə əlavə edilmişdir. Hazırki şikayət ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyə təqdim edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Göründüyü ki, inzibati tənbeh vermə haqqında qərarlardan qanunla müəyyən edilmiş müddət keçdikdən sonra şikayət verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənələrə əsasən hesab edirəm ki, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlardan vermiş olduğu şikayət müddət keçdiyinə görə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29742684 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 29747264 nömrəli qərarlardan vermiş olduğu şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1476/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1476/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver