Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1477/2025 15.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu Sarxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs 2(056)-873/2024-008 saylı, xx.xx.2024-cü il tarixli, 2(056)- 873/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi və 8(056)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-873/2024 saylı icra vərəqəsinə əsasən Şəxs X7 ilə aralarında bağlanmış nikahın pozulmasına razılığı olmadığından, onların barışması üçün məhkəmə tərəfindən 3 (üç) ay müddətinə vaxt müəyyən edilməklə iş təxirə salındığına görə tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X8, xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün Şəxs hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində müvəqqəti aliment tutulub X6 verilməli və alimentin bu qaydada tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-873/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2016-cı ildə anadan olmuş X8, xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün Şəxs hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment tutulub X6 verilməli və alimentin bu qaydada tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)- 188/2025 saylı qərardadına əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-873/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs tutulması qət edilmiş hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, Şəxs xx.xx.2025-ci il tarixindən başlayaraq sonrak artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli miqdarında sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. Borclunun bu günə icra sənədləri üzrə ödənilməmiş 8814 manat borcu vardır. Tələbkar borcun ödənilməməsindən narazıdır. Borclunun yaşayış ünvanında olunmuş, lakin onun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilərək barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu bu gün axtarış nəticəsində Sabirabad rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcludan borcun ödənilməsi tələb edildikdə o, imkanı olmadığını, ailəsi ilə barışmaq istədiyini bildirmişdir. Beləliklə, Şəxs icra sənədlərinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Ona görə də o, müvafiq protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, aliment borcundan xəbəri vardır. Lakin, fəhləlilik etdiyindən, qazancını yalnız öz tələbatlarına və ürək xəstəsi olan anasının mülaicəsinə güclə çatdırdığından aliment ödəyə bilməmişdir. Hazırda da həmin məbləğdə alimenti tam şəkildə ödəmək gücündə deyildir. Barəsində qəbul ediləcək hər hansı qərrarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, izahatının məzmununu nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin qısa müddətə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət aliment öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Həmçinin o da qeyd edilməlidir ki, təqdim edilmiş tutma haqqında protokolun surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 23:10-da tutulmuş, məhkəməyə təqdim edilənədək azad edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs həbs etmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən saat 23:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:10-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1477/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1477/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver