Məhkəmə qərarları › İş №3(056)-1479/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1479/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1479/2023 20.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu, Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu, Əhmədabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şövkətov X1 rayonu, Əhmədabad kəndində xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs və qardaşı Mail Əlləzov ilə onun və ailə üzvlərinin əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 05 mart 2023-cü il tarixdə saat 15 radələrində Əhmədabad kəndində Türkiyədə yaşayan bibisi Gülpəriyə məxsus həyətyanı sahəsində su kanalının yaxınlığında yerləşən toyuq fermasının müdiri Ağa Ağayev sifariş verdiyi ekskavatorla yer qazdırmışdır. O, atası Dövlətlə həmin əraziyə gedib işlə tanış olmaq istəmişlər. Oraya çatdıqda görmüşdür ki, Mail və qardaşı Nurəddin içəri daxil olub traktorun sürücüsünə işi görməsinə mane olurlar, onlar traktor sürücüsünə təkid etmişlər ki, arxı qazıb həyətə tökməsin, gələcəkdə buradan kanal çəkəcəklər. O və atası onlara irad bildirib bibisinin həyətinə icazəsiz daxil olduqlarına görə həyəti tərk etmələrini tələb etmişlər. Bu zaman Mail Əlləzov nalayiq ifadə işlədib atasının üzərinə hücum çəkib başından və bədəninin müxtəlif yerlərindən yumruq və əlindəki ağacla vurmuşdur. O, araya girib atasını döyməsinə mane olmaq istədikdə, Nurəddin arxadan onun başına yumruqla bir neçə dəfə vurub döyməyə başlamışdır. Bu anda qardaşı oğlu Barış qaçıb qardaşlarına məlumat vermək üçün getmişdir. Bu vaxt Nurəddin onu yerə yıxaraq yumruqla baş, sifət və kürək nahiyələrindən, Mail isə atasını yerə yıxaraq yumruqla baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra Mail və Nurəddin qardaşlarının gəlmə xəbərini eşidib, sahədən uzaqlaşıb asfalt yolda saxladıqları avtomobillərinə minib qaçıb getmək istəmişlər, həmin vaxt da Mail avtomobillə atasının sağ əlindən xəsarət yetirmişdir. Bundan sonra Vaz 2106 markalı avtomobillə əyləşmişlər və qardaşları Rövşən və Ramil özlərini hadisə yerinə çatdırdıqda Mail və Nurəddin avtomobili sürüb oradan uzaqlaşıb getmişlər. Hadisə əvvəlcə bibisi Gülpərinin evinin yerləşdiyi həyətin bağında baş vermişdir. Hadisəni toyuq fermasının müdiri Ağa Ağayev və adını bilmədiyi ekskavatorun sürücüsü görmüşdür. Həmin şəxsləri hadisə yerində heç kim vurub döyməmiş, qardaşları Ramil və Rövşən (Allahverdi) hadisə yerinə ümumiyyətlə hadisə baş verib bitdiyi anda gəlib çıxmışlar, Mail və qardaşı Nurəddin hadisə yerindən qaçarkən onların bədənində hər hansı xəsarət izi olmamışdır. Mail və Nurəddin Onları şərləyib tutduracaqlarını yüksək səslə qışqırıb demişlər. Hadisə vaxtı onu Nurəddin vurmuş, Nurəddin yumruq onun burun, sifətindən və kürək nahiyələrindən bir neçə dəfə vurub xəsarət yetirmişdir, Mail isə atasını vurub xəsarət yetirmişdir. Mail onu vurmamış, Mail yalnız atası Dovlata vurub xəsarət yetirmişdir. Hadisə vaxtı ətrafda ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. Mail və Nurəddinin bədəni üzərində o, xəsarət görməmiş, əgər onlar xəsarət almışlarsa, hadisə zamanı onlarla dartışan zaman xəsarət ala biləcəklərini güman etmişdir. O, ifadəsində göstərmişdir ki, hadisə zamanı Mail yumruq və əlindəki ağacla atasının baş və bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Həmin vaxt o, Mailin yaşlı atasını vurmasına görə övlad olaraq pis olduğundan, Mailin atasını vurmasına mane olmaq istədikdə Nurəddin imkan verməyərək onu döyüb xəsarət yetirmişdir. Göstərdiklərinə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, X4 və 3 oğlu Rəfayıl, Allahverdi və Ramilin qohumları Bəyzadə Şövkətov bacısını boşamış, hazırda onlarla münasibətləri yoxdur. 05 mart 2023-cü il tarixdə saat 14 radələrində qardaşı Mail Əlləzov ilə Əhmədabad kəndinin şimal hissəsində yerləşən həyətyanı torpaq sahələrində suvarma işi aparmışlar. Həmin vaxt sahənin kənarında ekskavatorun qazıntı işləri apardığını görüb qardaşı ilə onlara tərəf yaxınlaşmışlar. Görmüşlər ki, traktor qazdığı palçığı sahələrinə gedən su arxına doldurur. Bu barədə icra nümayəndəsi Xəqani Qasımova məlumat vermişlər. Xəqani Qasımov 1 saatdan sonra hadisə yerinə gələcəyini demişdir. O, qardaşı ilə evə gedib bir saatdan sonra oraya qayıtmışlar. Həmin qazıntı aparılan yerdə icra nümayəndəsi Xəqani Qasımovda kanalın səhvliklə qazılıb su arxlarına tökülməsini demişdir. Bundan sonra traktorun sürücüsünə həmin arxı təmizləməsini tapşırıb avtomobilinə minib getmişdir. Həmin anda Dövlət və oğlu Rəfayıl hardansa peyda olmuşlar. O, qardaşı Maildən təxminən 50 metr kənarda olmuş, Dövlətlə Mailin arasında mübahisə olduğunu eşitmiş, daha sonra görmüşdür ki, Rəfayıl Mailin üzərinə hücum çəkib təpiklə belindən və qarm boşluğundan vurub döyməyə başlamışdır. Atası Dövlətdə ona qoşulub sillə və yumruqla Maili döymüşlər. O, hadisəni kənardan görüb onlara tərəf gəlib onları ayırmağa çalışmışdır. Rəfayıl orada onu sifət nahiyyəsindən yumruqlarla vurub döymüşdür. Rəfayıl oğluna qışqırıb sillə vurub əmilərini davaya çağırmasını demişdir. Həmin uşaq qaçaraq evlərinə tərəf getdikdə, qardaşına evlərinə getməyi və dava etməyin lazımsız olduğunu demişdir. Qardaşı ilə sahənin çıxışına asfalt yolda dayanan avtomobilə çatdıqda Dövlətin iki oğlu Allahverdi və Ramil özlərini çatdırmışlar. O, Maildən təxminən 50 metr arxada qalıb qapını bağlamışdır. Allahverdi üzərinə hücum çəkmişdir. Əlində olan 2 metrlik ağac parçası ilə onu vurub döyməyə başlamış, daha sonra digər əlində olan qara rəngli 15 sm olan qatlanmayan bıçaqla onu vurmaq istədikdə, sol əli ilə bıçağın kəsici hissəsindən tutmuş, həmin vaxt sol əlinin ovuc hissəsindən xəsarət almışdır. Alahverdini itələyib kənara atmaq istədikdə, ağacla başına vurmuş, bıçaqla isə sol böyründən 3 yerdən bıçaqla sıyrıq xəsarətləri yetirmişdir. Daha sonra qardaşına köməyə gedib onu döyən Dövlət, Rəfayıl və Ramili tək tək tutub kənara çəkmək istədikdə, Rəfayıl və Ramil arxadan onu ağacla döymüşlər. O, Rəfayılı tutub Allahverdiyə tərəf tutmuş, Allahverdi ağacla onu vurmaq istədikdə qardaşı Rəfayılın başından vurmuşdur. Mail aldığı xəsarətlərə görə qan axmadan yerdə uzanıb qalmış, o, Maili qucaqlayıb maşına qoymuşdur. Həmin anda onlar qorxub kənara çəkilmişlər. Onlar birtəhər onların əlindən çıxıb avtomobilə minib evə tərəf gəlmişlər, baş verənlərlə bağlı 102 xidmətinə məlumat vermişlər. Dava dalaş zamanı yanlarında başqa heç kim olmamışdır. Hadisə zamanı Dovlata xəsarət yetirməmiş, qardaşı Mail də Dovlatla mübahisə etsə də, Mailin Dovlata xəsarət yetirməsini görməmiş, Dovlat Şovkatovun qolundan hansı şəraitdə xəsarət alması barədə məlumatı olmamışdır. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. İşin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxsnı döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməsində təqsirli olması 06 oktyabr 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsi ilə göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döyməməsi barədə ifadəsini özünü müdafiə xarakterli ifadə və inzibati məsuliyyətdən yayınmağa yönəlmiş hərəkət kimi qiymətləndirir. Belə ki, yuxarıda qeyd edildiyi kimi inzibati xətanın onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin polis orqanına müraciət edərkən Şəxs şikayətçi olması, əldə edilmiş ekspert rəyinə əsasən xəsarətlərin zərərçəkmiş şəxsin göstərmiş olduğu şəraitdə (Şəxs tərəfindən döyülməsi) əmələ gələ bilməsi ilə sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisənin qarşılıqlı baş verməsini, həmçinin tərəflərin hazırda davam edən həmkəndli münasibətində olmalarını, bu xüsusda onlar arasında hazırda mövcud olan gərgin münasibətin gələcəkdə daha da gərginləşdirilməsinin lüzumsuz olduğunu nəzərə almaqla, barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla belə, məhkəmə Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş digər tənbeh tədbiri olan cərimə tənbeh tədbirinin həddini müəyyən edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar