Məhkəmə qərarları › İş №3(056)-1487/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1487/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1487/2025 29.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.8-ci maddələri ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 11 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində X2 idarə etdiyi Mercedes markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobillə Sabirabad şəhəri Muğan prospektində üzü Sabirabad şəhər istiqamətinə hərəkətdə olarkən qarşısına eyni istiqamətdə yolun əks sol tərəfinə dönməyə çıxan Şəxs idarə etdiyi VAZ 21074 markalı **-BH-*** dövlət nömrə nişanli avtomobillə toqquşmuş, bundan sonra X1 idarə etdiyi Mercedes markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə üzü Şirvan şəhər tərəfə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi BMW markal **-KE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmış, nəticədə X1 idarə etdiyi Mercedes markalı **-CR- *** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə “VAZ 21074” markalı **-BH-*** dövlət nömrə nişanl avtomobili almışdır. Həmin avtomobili aldıqdan sonra öz adına keçirtmiş və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var. xx.xx.2025-ci il tarixdə səhər saatlarında övladı X5 Sabirabad RMX-yə fizioteropevt yanına aparmışdır. Təxminən 1 saat müddətinə orada olduqdan sonra oradan çıxmış və benzin vurmaq məqsədi ilə RMX-nin yanında yerləşən YDM-yə daxil olmuşdur. Benzini vurduqdan sonra yaşadığı Saatlı rayonu Xanlarkənd kəndinə qayıtmaq məqsədi ilə YDM-dən üzü Sabirabad şəhər istiqamətina yolun sağ zolağı ilə hərəkətə başlamışdır. Bir neçə metr hərəkət etdikdən sonra sola dönmə işığını yandıraraq sola dönməyə başlamış və bu zaman üzü Sabirabad şəhər istiqamətinə hərəkətdə olan Mercedes Benz markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurmuşdur. Bundan sonra o hadisənin təsirindən əks istiqamətli yola çıxaraq üzü Qaratəpə istiqamətinə hərəkətdə olan BMW markalı **-KE-*** d.q.n avtomobillə toqquşmuşdur. Bundan sonra o avtomobili hərəkət etdirərək idman kompleksinin həyətinə salmışdır. Hadisə baş verən zaman avtomobili 10 km/saatda sürətlə hərəkət etdirdiyini, hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisə baş verən zaman avtomobilində azyaşlı övladi X4 olduğunu, sola dönən zaman Mercedes markalı **-CR-*** d.n.n avtomobili görmədiyi üçün hadisənin qarşısın alınması üçün heç bir tədbir görə bilmədiyini, xəsarət almadığını, avtomobilinin texniki cəhətdən saz olduğunu bildirmişdir. Zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 375 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlər - hər iki baldır nahiyyəsinin, hər iki dirsəyin əziyi ilə müşayiət olunan, sağ dirsək oynağının bayır səthində qançır, sol baldırın orta 1/3də ön səthdə qançır küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 376 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər - sol təpə alın nahiyyəsində yara, sol təpə nahiyyəsində siyriq küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, avto qəza nəticəsində Zərərçəkmiş şəxs3 idarə etdiyi BMW markal **-KE-*** dövlət nömrə nişanlı avtomobillə 6310 manat ziyan dəymişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.1, 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti DYPB-yə verilmişdir. 11 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində X2 idarə etdiyi Mercedes markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobillə Sabirabad şəhəri Muğan prospektində üzü Sabirabad şəhər istiqamətinə hərəkətdə olarkən qarşısına eyni istiqamətdə yolun əks sol tərəfinə dönməyə çıxan Şəxs idarə etdiyi VAZ 21074 markalı **- BH-*** dövlət nömrə nişanli avtomobillə toqquşmuş, bundan sonra X1 idarə etdiyi Mercedes markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə üzü Şirvan şəhər tərəfə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi BMW markal **-KE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmış, nəticədə X1 idarə etdiyi Mercedes markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışlar, həmçinin Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı Şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətaların törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Odur ki, qanunun tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar