Məhkəmə qərarları › İş №3(056)-1491/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1491/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1491/2025 29.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X2 nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 09 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 09 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində 1kY31 kollektor drenaj şəbəkəsinə ət kəsim məntəqəsində formalaşan tullantı sularını təyinatsız axıtmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X2 nümayəndəsi X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 09 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində yerləşən 1kY31 kollektor drenaj şəbəkəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X5 tərəfindən aparılan baxış zamanı müəyyən olunmuşdur ki, həmin kollektor drenaj şəbəkəsinə tullantı sular axıdılır. Həmin tullantı suları axıdan şəxs Sabirabad rayonu Qaralar kəndində fəaliyyət göstərən ət kəsim məntəqəsinin sahibi Sabirabad rayonu Məmişlər kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Şəxs ilə aparılan söhbətlər zamanı R. Cəfərov etiraf etmişdir ki, ət kəsim məntəqəsində kəsim zamanı qanı su ilə yuyaraq 1kY31 kollektor drenaj şəbəkəsinə axıdır. Mövcud olan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən əməkdaşları tərəfindən akt tərtib edilmiş, çəkilmiş fotoşəkillər və digər materiallar akta əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, 09 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində yerləşən 1kY31 kollektor drenaj şəbəkəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X5 tərəfindən baxış aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin kollektor drenaj şəbəkəsinə tullantı sular axıdılır. Etiraf edir ki, ona məxsus ət kəsim məntəqəsində kəsim zamanı tullantı suları qeyd olunan kollektor drenaj şəbəkəsinə axıdır. Lakin kollektor drenaj sisteminə tullantı suların axıtmaması barədə ona heç bir məlumat verilməmişdir. O, tullantı suları axıtmaması barədə bilməmiş və öz səhvini düzəldərək tullantı suları kollektora artıq axıtmır. Barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 sentyabr 2025-ci il tarixli, 001224 saylı aktdan görünür ki, 09 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində yerləşən 1kY31 kollektor drenaj şəbəkəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X5 tərəfindən aparılan baxış zamanı müəyyən olunmuşdur ki, həmin kollektor drenaj şəbəkəsinə tullantı sular axıdılır. Həmin tullantı suları axıdan şəxs Sabirabad rayonu Qaralar kəndində fəaliyyət göstərən ət kəsim məntəqəsinin sahibi Sabirabad rayonu Məmişlər kənd sakini Şəxsdur. Şəxs ilə aparılan söhbətlər zamanı R. Cəfərov etiraf etmişdir ki, ət kəsim məntəqəsində kəsim zamanı qanı su ilə yuyaraq 1kY31 kollektor drenaj şəbəkəsinə axıdır. Mövcud olan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən 6 saylı X2 əməkdaşlar tərəfindən akt tərtib edilmiş, çəkilmiş fotoşəkillər və digər materiallar akta əlavə edilmişdir. İnzibati xəta haqqında 09 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində 1kY31 kollektor drenaj şəbəkəsinə ət kəsim məntəqəsində formalaşan tullantı suları təyinatsız axıtmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu Qaralar kəndində yerləşən ozünə məxsus ət kəsim məntəqəsindən kəsim zamanı tullantı suları 1kY31 kollektor drenaj şəbəkəsinə axıtmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Şəxs xx.xx.2006-cı il tarixdən ********** nömrəli VÖEN ilə “Ev və ov quşlarının ətinin pərakəndə satışı” ilə məşğul olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar