Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1493/2025 03.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mİl-X4 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nın 539.1-1-ci maddəsi ilə 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 49 nəfər işçisinin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi barədə xx.xx.2025-ci il tarixli göstərişə məyyən olunmuş müddətdə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 göstərdi ki, “X8» Açıq Səhmdar Cəmiyyəti inzibati xəta hadisəsini aradan qaldırmışdır. Bu barədə X5 Xidmətinin Mİl-X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Odur ki, “X8» Açıq Səhmdar Cəmiyyətinin barəsində İXM-nın 539.1-1-ci maddəsi ilə tərtib edilən 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 49 nəfər işçisinin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi barədə xx.xx.2025-ci il tarixli göstərişə məyyən olunmuş müddətdə əməl etməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mİl-X7 məhkəməyə 03 oktyabr 2025-ci il tarixdə daxil olmuş ərizəsindən görünür ki, X5 Xidmətinin Mİl-X6 “X8» Açıq Səhmdar Cəmiyyəti barəsində xx.xx.2025-ci il tarixə təyin edilmiş inzibati xəta haqqında iş üzrə icraata baxılarkən işəgötürən tərəfindən inzibati xətanın aradan qaldırıldığı müəyyən edilmişdir. “X8» Açıq Səhmdar Cəmiyyətinin barəsində inzibati hal olmadığı üçün X5 Xidmətinin Mİl-X9 tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə X5 Xidmətinin Mİl-X7 24 sentyabr 2025-ci il tarixli ərizəsini, “X8» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahatını, inzibati materialda olan sənədləri nəzərə alıb hesab edir ki, “X8» Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə başlanılan icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nın 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1493/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1493/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver