Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1494/2025 17.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Muğan Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Muğan Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X3 daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2094635 №-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2123596№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Sabirabad rayonu, Qarağac kənd tam orta məktəbin direktoru N.Xəlilovaya xx.xx.2025-ci il tarixli 3-17-5/2- 69987/2025 nömrəli məktubla verilmiş göstəriş ötən dövr ərzində təmin edilməmişdir ki, nəticədə əmək hüquqları pozularaq əmək müqaviləsinə xitam verilmiş G.İsmayılova əvvəlki işinə qəbul edilməmişdir. Bu əmələ görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025ci il tarixli MN 2123596№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Muğan Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə mənafeyini müdafiə etdiyi İdarəyə istinad olunan İXM-nın 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlində İdarəni təqsirli bilməyərək izahatında bildirdi ki, Sabirabad rayonu Qaraağac kənd tam orta ümumtəhsil məktəbinin sabiq ibtidai sinif müəllimi X4 təkrar sertifikatlaşdırmada uğur qazanmadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29- 69/3-2-13F/2024 nömrəli əmrinə əsasən Gülnar İsmayılova ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan suiistifadəsinə şərait yaratmamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70-ci maddənin “c” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Belə ki bu Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş vətəndaşların təhsil hüququnun həyata keçirilməsində dövlət siyasətinə ziddir. Yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, üç yaşınadək uşağı olan qadının sosial məzuniyyətdən istifadə etməməsi nəzərə alınaraq sertifikatlaşdırmadan kəsilməsi nəticəsində əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində üç yaşınadək uşağı olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri kimi təfsir edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296- cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən X12 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Əlavə olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, iddia müddətindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq fərdi əmək mübahisəsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən öhdəlik qoyulması qanuna ziddir. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa nəzərə çatdırır ki, Mil-Muğan Regional Təhsil İdarəsinə xx.xx.2025-ci il tarixli 3-175/2-69987/2025 nömrəli icrası məcburi olan göstəriş daxil olmamışdır. Belə halda Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsinə əsasən inzibati cərimə olunması qanuna ziddir. Əlavə olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Lakin Mil-Muğan Regional Təhsil İdarəsi Elm və Təhsil Nazirliyinin 22 avqust 2024-cü il tarixli 3-29/3-2- 545F/2024 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnamə ilə fəaliyyət göstərir. Belə ki, Mil-Muğan Regional Təhsil İdarəsi İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oluna bilməz. Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin maddənin əlamətlərinə nəzər saldıqda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qanuni göstərişinin olması və mövcud halda göstəriş göndərilmiş orqanın hüquqi şəxs olması şərtdir. Lakin Mil-Muğan Regional Təhsil İdarəsinin hüquqi şəxs olmaması və inzibati orqan tərəfindən Sabirabad rayonu Qaraağac kənd tam orta ümumtəhsil məktəbinin sabiq ibtidai sinif müəllimi X4 barədə hər hansı göstərişin daxil olmamasını nəzərə alaraq həmin şərtlərin heç biri ödənilməmişdir. Belə ki, X12 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, xx.xx.2025-ci il tarixli 3- 17-5/2-69987/2025 nömrəli göstəriş məktubu yalnız Sabirabad rayonu Qaraağac kənd tam orta ümumtəhsil məktəbinə göndərilmişdir. Lakin Mil-Muğan Regional Təhsil İdarəsi barəsində tərtib edilmiş MN ******* nömrəli İnzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində əsas məhz Sabirabad rayonu Qaraağac kənd tam orta məktəbinin direktoru N.Xəlilovaya verilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-69987/2025 nömrəli məktubla verilmiş göstərişin ötən dövr ərzində təmin edilməməsi göstərilmişdir. Bu hal onu sübut edir ki, Mil-Muğan Regional Təhsil İdarəsinə göstəriş daxil olmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən o, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxıt və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X6 rəsmi qaydada məlumatın verilməsinə baxmayaraq, nümayndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İnzibati materiala əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X5 rəisi Şahin Əzizov tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2- 69987/2025 nömrəli göstəriş məktubundan görünür ki, vətəndaş X2 Azərbaycan Respublikası Nazirler Kabinetinə ünvanladığı ünvan 2da müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8ndə baxılmışdır. Araşdırma zamanı Sabirabad rayonu Qaraağac kənd tam orta məktəbi tərəfinden X12 Xidmətinin X6 təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, G.İsmayılovanın əmək müqavilesinə xx.xx.2024-cü il tarixdə xitam verilərken onun iki yaşında xx.xx.2022-ci təvəllüdlü övladının olması nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 1-ci (üç yaşınadak uşağı olan qadınların) bölməsində nəzərdə tutulmuş qaydalar pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi ile bağlı yol verilmiş nöqsanların aradan qaldırılmasını, onunla yenidən əmək müqaviləsinin bağlanılmasını ve görülmüş tədbirlər barədə 30 gün erzində X12 Xidmətinin X6 məlumat verilməsini təmin edin. Əks təqdirdə barənizdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) inzibati məsuliyyət tədbiri görüləcəkdir. Məhkəməyə təqdim edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən Sabirabad rayonu Qaraağac kənd tam orta məktəbin direktoru Xəlilova Nuridə Hicran qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 1000 manat miqdarında cərimə edilmişdir. Məhkəmə izahatı dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq qeyd edir ki, hazırkı inzibati iş üzrə icraata münasibətdə barəsində inzibati xəta haqqında icraat aparılan Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Muğan Təhsil İdarəsinin inzibati xətanın subyekti olub olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Muğan Təhsil İdarəsinin hüquqi şəxs olmasına əsaslanmaqla müvafiq protokolu tərtib etmiş və bu xüsusda materialı baxılması üçün məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən, Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2545F/2024 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Muğan Təhsil İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Muğan Təhsil İdarəsi Agentliyin həmin region üzrə fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun strukturunda yaradılan qurumdur. Mülki Qanunvericliyin normalarından göründüyü kimi, hüquqi şəxslər sırasına kommersiya hüquqi şəxsləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər verilmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Muğan Təhsil İdarəsinin Əsasnaməsinə əsasən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Muğan Təhsil İdarəsi həmin şəxslər sırasına daxil deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Muğan Təhsil İdarəsinin hazırki inzibati xəta haqqında iş üzrə inzibati xətanın subyekti olmasından söhbət gedə bilməz. Belə ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Azərbaycan Respublikasının İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X15- Muğan Təhsil İdarəsi inzibati xətanın subyekti deyil və bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz Odur ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Muğan Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1494/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1494/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver