Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1511/2024 17.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2086951№-li inzibati xəta haqqında Protokol məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş xx.xx.2024-cü il tarixli MN2086951№-li inzibati xəta haqqında Protokola görə Nuriyev X1 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(056)-271/2020 saylı qərarla barəsində tətbiq edilmiş 200 manat cərimə tənbeh növünü icra etmir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli MN2086951№-li Protokol tərtib edilərkən həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində məlumatlar (ünvanı, təhsili, ailə vəziyyəti, işləyib-işləməsi və s.) göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda - inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2086951№-li inzibati xəta haqqında Protokol və ona əlavə edilmiş sənədlər, İXM-nın 100-cü maddəsinin tələblərinə uyğun olmayan natamam formada məhkəməyə təqdim olunduğu üçün onu göndərmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(056)-1511/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1511/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver