Məhkəmə qərarları › İş №3(056)-1517/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1517/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1517/2025 23.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu, Azadakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Azadakənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Əhmədli X4 rayon Məhkəməsinin 2(056)-2082/2024-020 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibatixəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-2082/2024 saylı icra vərəqəsinə əsasən, 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti və məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 162 (bir yüz altmış iki) manat, ümumilikdə isə 24162 (iyirmi dörd min yüz altmış iki) manat məbləğində pul vəsaiti Şəxs tutulub X1 ödənilməlidir. Lakin, borclu bu günə kimi icra sənədi üzrə bir manat belə olsa ödəniş etməmişdir. Əvvəllər tələbkar borcun hissə-hissə ödənilməsinə razı olsa da, sonradan bu fikrindən dönmüşdür. Borclu ilə profliaktik danışıqlar aparılmış və 3 dəfə sonuncuya borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və izahatı alınmışdır. Borclu fərqli-fərqli nüanslar irəli sürərək icra sənədindən şikayət edəcəyini bildirmişdir. Borclunun bu günə icra sənədi üzrə ödənilməmiş 24162 manat borcu vardır. Tələbkar borcun ödənilməməsindən şikayətçidir. Borclunun yaşayış ünvanında olunmuş, lakin onun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilərək barəsində axtarış qərarı qəbul edilmişdir. Lakin borclu özü Sabirabad rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Borcludan borcun ödənilməsi tələb edildikdə o, imkanı olmadığını, ailəsi ilə barışmaq istədiyini bildirmişdir. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Ona görə də o, müvafiq protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, hardasa 3-4 gün bundan əvvəl valideynləri ona Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən çağırılmasını bildirmiş, bu gün gəlib çıxmışdır. Ona istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilir. Borcla bağlı bildirir ki, qətnaməni alıb apellyasiya şikayəti vermək niyyətində idi, lakin müddəti keçirdiyi üçün apellyasiya şikayəti vermə müddətin ötürmüşdür. Lakin şikayət vermə müddəti olsaydı, apellyasiya şikayəti verərdi və Şirvan Apellyasiya Məhkəməsində ədalətli baxılmasını ümid edirdi. Onun istifadəsində şəxsi kabinetin olması mövcud deyil, hətta bu barədə Asan xidmətdə də olmuş və ona oradan bildirilmişdir ki, onun istifadəsində elektron məhkəmə sistemi üzrə şəxsi kabineti yoxdur. O, əvvəllər "EMV DENT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-ndə həkim ortopedik-stomatoloq, yəni texnik işçi kimi işləmişdir. Hal-hazırda işsizdir. Şirkətin bağlanmasının səbəbi vergi ilə arasında yaranan problem olmuşdur. Hazırki iş üzrə olan borcu bağlaya bilmir. Ayda hissə-hissə ödəyib bağlaya bilər. Çünki özü aliment ödəyir. Bundan başqa isə anası xəstədir və iki böyrəyi də imtina etmişdir. Aylıq pensiya alır. Məhkəmədən xahişi odur ki, ona qətnamənin icrası üçün möhlət verilsin və o, hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Hazırda barəsində inzibati tənbeh verərkən həbsin olmasını istəmir. Ona görə ki, 76 yaşlı anası xəstə olduğu üçün ondan başqa anasına baxan digər şəxs yoxdur. Barəsində inzibati tənbeh kimi cərimə növündə tənbeh verilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, izahatının məzmununu nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu borc məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin qısa müddətə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət aliment öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar