Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1518/2024 03.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X3 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4in xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 5000 (beş min) manat məbləğində cərimə, 3000 (üç min) manat məbləğində dəbbə pulu və Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı Qərarına əsasən 520 (beş yüz iyirmi) manat məbləğində təbiətə dəymiş ziyan hesablanmaqla, ümumilikdə 8520 (səkkiz min beş yüz iyirmi) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X3 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət və şikayət verilməsi müddətinin bərpa edilməsi barədə verilmiş vəsatətlə məhkəməyə müraciət etmişdir Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)-1518/2024 saylı qərardadına əsasən X6 tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə verilmiş vəsatət təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi X6 qərardan şikayət vermə müddətini itirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, X3 3 saylı X7 Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətin müddəti keçdiyinə görə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 3 saylı X7 Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında X1 tərəfindən verilmiş şikayət şikayət vermə müddəti keçdiyinə görə geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1518/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1518/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver