Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1522/2025 16.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ21758935 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ21758935 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X3 şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ21758935 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, EQ21758935 nömrəli protokoldan şikayətçidir. O, X3 3 il bundan əvvəl Kamaz 5410 markalı **-BG-*** Dövlət qeydiyyat nişanlı yük avtomobilimi generalnı etibarnamə ilə satmışdır. Satdığı adam ona söz vermişdir ki, avtomobilin qeydiyyat şəhadətnaməsi tez bir zamanda öz adına keçirəcək, onun adından çıxaracaqdır. Lakin öz adına keçirməmiş və etibarnaməni müddəti bitdiyindən cərimələr onun adına gəlməyə başlamışdır. O, bir neçə dəfə öz cibindən (ona aid olmayan) cərimələr ödəmişdir. Bunu da bildirmək istəmişdir ki o, DYP idarəsinə bir neçə dəfə ərizələr yazıb göndərmişdir ki, avtomobilin dayandırılması barədə lazımi tədbirlər görülsün. Ona DYP idarəsində cavab məktubu gəlib orda yazır ki, şikayətə baxılacaq, avtomobil dayandırılacağq. Lakin avtomobil dayandırılmadı və hər keçən gün cərimələr gəlməyə davam etdi. Ona görə də qərarın xitam olunması və cərimənin silinməsi zəruridir. Şikayət verən şəxs X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edilməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizə təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübutetməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan özdaxili inamı ilə sübutları qiymətləndirir. Şikayətin məzmunundan da aydın olduğu kimi, Kamaz 5410 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobil onun mülkiyyətindədir. O, qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı adını qeyd etmədiyi şəxsə etibarnamə verdiyinə istinad etsə də, şikayətinə bu barədə hər hansı sənəd əlavə etməmişdir ki, inzibati xətanın baş verdiyi zaman avtomobilin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olsun. Belə olan halda inzibati təneh vermə haqqında qərar üzrə baş vermiş inzibati xətanın kənar şəxs tərəfindən törədilməsi ilə bağlı şübhədən də söhbət gedə bilməz ki, İXM-nin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin şübhələr onun xeyrinə həll edilmiş olsun. Göründüyü kimi, şikayət şikayətçinin formal mülahizələri ilə əsaslandırılmağa çalışılmışdır. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 135-ci maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən hazırki şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ21758935 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1522/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1522/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver