Məhkəmə qərarları › İş №3(056)-1525/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1525/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1525/2024 30.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Göyçay rayonu İnçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü madəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959718№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad RPŞ-nin X1 sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1959718№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixə keçən saatlarında Sabirabad rayonu Zəngənə kəndi ərazisində çöl sahəsində lazımı icazə olmadan ov etmişdir. Bu əməllərinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 272.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətaların törətməsində təqsirli bilinmiş və onun barəsində xx.xx.2024-cü il tarixli MN1959717№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 272.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixə keçən saatlarında Sabirabad rayonu Zəngənə kəndi ərazisində çöl sahəsində ov etmişdir.. İXM-nın 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımı icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici və izahatı ilə yanaşı, həmçinin Sabirabad RPŞ-nın TB-nın təhqiqatçısı F.Bağırovun “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı ilə müəyyən olunmuş işin araşdırılmış halları və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin E.M.Səmədovun inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli E.M.Səmədov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 272.3-cü maddəsi ilə müəyyən edilmiş həddə ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 272.3-cü maddəsi ilə inzibati xəta əməlləri törətmiş Şəxs İXM-nın 272.3-cü maddəsinin sanksiya həddində ov hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959718№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü madəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar