Məhkəmə qərarları › İş №3(056)-1527/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1527/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1527/2024 01.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 Azər oğlunun katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunun İncə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, İ qrup əlil, “Al Marketdə” menecer işləyən, Göyçay rayonunun İncə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola və protokol ətrafında toplanmış materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Zəngənə kəndində özünə məxsus 12 kalibrli, «Penta Arms» markalı, 519-H23YT-293 nömrəli yivsiz ov silahının daşınma qaydalarını pozmuş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs Şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, o, 2023-cü ilin oktyabr ayında İmişli rayonunda yerləşən Elmar adlanan ovçular mağazasından Türkiyə istehsalı olan ov tüfəngi almış, tüfəngi alarkən sənədləşdirmişdir. Tüfəngdə nasazlıq yaranmış, atəş açan zaman düzgün nişan almamış, bu səbəbdən mağazanın sahibi ilə telefonla danışmış, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində tanışları Zaur və Qisməti götürüb şəxsi “VAZ 2107” maraklı avtomobili ilə Göyçay rayonundan İmişli rayonuna gəlmişlər. İmişli rayonunda Elmar ona nişangahı düzgün tuşlamamasını bildirmiş, mağazadan əlavə patronlar almış, Göyçay rayonuna qayıtmışlar. Kürdəmir rayonu ərazisində havanın qaranlıq vaxtında avtomobili Seyran adlı qohumu idarə edərkən hara getdiklərini bilməmişlər. Asfalt yol ilə xeyli yol gedərkən yolu səhv saldıqlarını başa düşmüşlər. Avtomobildə qabaq sağ oturacaqda Qismət əyləşmiş, əlində fənərlə ətrafa işıq salmış, o, isə tüfənglə qamışlıq əraziyə atəş açmışdır. Avtomobillə 30-40 metr irəliyə gedərkən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış, polis əməkdaşları olmalarını bildirib avtomobilin yük yerinə və salonuna baxmışlar. Tüfəng aşkar olunduğuna görə şübhələndikləri üçün polis şöbəsinə aparmışlar. O, tüfəngdən atəş açsa da, dovşan ovlamamışdır. Barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs öv silahını daşınması qaydalarını pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının Konstitisiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və məcburidir. Məhkəmənin qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs İ qrup əlil olmasını İXM-nin 32-ci maddəsində əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində cərimə tənbehinin tətbiq edilməsini, silahla bağlı sənədlərinin isə qanuna uyğun olmasını nəzərə alaraq silahın müsadirə edilməməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Səmədov X1 Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 kalibrli, «Penta Arms» markalı, 519-H23YT-293 nömrəli yivsiz ov silahı müsadirə edilməməklə 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar