Məhkəmə qərarları › İş №3(056)-1527/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1527/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1527/2025 25.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, və barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs (icra sənədi üzrə borclu) Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu Türkədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2322078№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2322078№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Kərimov X5 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-751/2020 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, icra sənədi üzrə borclu Şəxs tərəfindən ondan tələb olunan alimənt öhdəliyini bu illər ərzində vaxtında icra edərək özünü intizamlı şəxs kimi göstərmişdir. Sonradan ondan tələb olunan aliment məbləği indeksasiya qaydasında artdığı üçün ödənişləri vaxtında icra edə bilməmişdir. Hazırda tərəflərindən protokol tərtib edildikdən sonra borclu üzərində olan 1510 manat aliment borcundan 300 manat ödəniş etmiş, qalan borcunu da, hissə-hissə ödəyəcəyinə razılaşmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-751/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində tələb olunan aliment məbləğini vaxtı-vaxtında ödəyirdi, lakin həmin aliment məbləği indeksasiya edilməsi qaydasında minimum əmək haqqının 0,60 mislinə, yəni 240 manata artırıldıqdan sonra alimenti ödəməkdə çətinlik çəkmiş və bu səbəbdən də borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 1510 manat aliment borcundan 300 manat ödəmiş, aliment borcunun digər hissəsini isə 1 ay ərzində tam həcmdə ödəyəcəyinə dair söz vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-751/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat, həmçinin sonradan Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-136/2025 saylı qərardadına əsasən aliment məbləği indeksasiya edilməsi qaydasında minimum əmək haqqının 0,60 mislinə, yəni 240 manata sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi tələb olunur, tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmiş, protokolun təqdim etməsi tarixinə 1510 manat aliment borcu yaranmış, hazırda həmin borcdan 300 manat ödəniş olunmuş, borcun ödənilməmiş hissəsi 1210 manat təşkil edir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması ücün onun dispozitiv əlamətlərindən biri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, digəri isə icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə icra sənədi üzrə borclu Şəxs aliment borcundan könüllü olaraq 300 manat ödəniş etməsi və borcun digər hissəsinin 1 ay müddətində ödəməsini vəd verməsini nəzərə alaraq hesab edir ki, borclu Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən qərəzli olaraq icra edilməməsi faktı müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2322078№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar