Məhkəmə qərarları › İş №3(056)-1531/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1531/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1531/2023 27.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (Məsləhətçi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə xx.xx.1985-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonu, Qarayevka kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala görə, X4 xx.xx.2023-cü il tarixdə saat 23:37 radələrində sürücülük vəsiqəsi olmadan sərxoş halda «QAZ-3110 minik» markalı ** HJ *** dövlət nömrə nişanlı avtomobili idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, həqiqətən də o, xx.xx.2023-cü il tarixdə evdə olan zaman spirtli içki qəbul etmişdir. Sonradan ona məxsus olan «QAZ-3110 minik» markalı ** HJ *** dövlət nömrə nişanlı avtomaşının sükan arxasına əyləşərək avtomobili sürücülük hüququ olmadan istifadə etdiyi üçün yol polisi əməkdaşı onu saxlatdırmış və sənədlərini istəmişdir. Bu zaman ondan spirtli içki qoxusu gəldiyi üçün onu Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına aparıb alkotester müayinəsindən keçirmişlər. Müayinə zamanı onun sərxoş olması aşkar edilmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəlidir və himayəsində 4 azyaşlı uşağı vardır. Özü sinir xəstəliyindən əziyyət çəkir. Maddi imkanı olmadığı üçün hazırlaşıb sürücülük imtahanı verərək vəsiqə əldə edə bilməmişdir. Əməlindən peşmandır. Ona görə də o, məhkəmədən barəsində minimum həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 108 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» AKT-dan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, X1 idarə etdiyi «QAZ- 3110 minik» markalı ** HJ *** dövlət nömrə nişanlı avtomaşın saxlanılması üçün təhvil verilmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinə görə Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə X1 himayəsində dörd azyaşlı uşağının olmasını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və sinir xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş X3 inzibati həbs tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və sağlamlıq vəziyyətini nəzərə alaraq, ona minimum həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar