Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1533/2024 07.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X3 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN1254614№-li inzibati xəta haqqında Protokola və protokol üzrə toplanmış sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad Rayon Məhkəməsinə daxil olmuş Şəxs İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X1 X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1254614№-li inzibati xəta haqqında protokolun məzmununa görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yazılı göstərişə və xəbərdarlıq bildirişinə baxmayaraq sahibi olduğu Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən «X4» adlı sahibkarlıq obyekti (VÖEN **********) üzərində açıq məkanda müvafiq icazə olmadan qanunsuz reklam yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən «X4» adlı obyekt ona məxsusdur və o, **********№-li VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibi olduğu ticarət obyekti üzərində reklam yerləşdirilməsi məqsədilə 2024-cü ilin fevral ayının əvvəlində X3 İdarəsinə müraciət etmiş və onunla xx.xx.2024-cü il tarixdən - xx.xx.2025-ci il tarixədək dövr üçün reklam yerləşdirilməsinə icazə sənədi verilmiş və ümumilikdə 36 manat ödənişin edilməsi təklif edilmişdir. Lakin ödənişin həmin bir illik müddətdə icrasının mümkün olmasını düşündüyündən o, ödənişi gecikdirmiş və biləndə ki ödənişi gecikdirdiyi üçün onun barəsində inzibati xəta haqqında Protokol tərtib edilib o, reklam yerləşdirilməsinə aldığı icazə sənədinə görə 7.90 və 27.97 AZN məbləğində ödəniş etmişdir. Qeyd olunanlara əsaslanaraq hesab edir ki, onun hərəkətində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1254614№-li Protokola baxılmasının vaxtı barədə məlumat verilmiş X3 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi üçün, İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq hesab edirəm ki, qeyd olunan təşkilatın nümayəndəsini iştirakı olmadan inzibati xəta haqqında Protokola baxılması mümkündür. İş materiallarına əlavə edilmiş Şəxs ünvanına 2024-cü ilin sentyabr ayının əvvələrində daxil olmuş X3 İdarəsi tərəfindən ticarət obyekti üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınması tələbinə dair inzibati məsuliyyət barədə xəbərdarlıq bildirişindən görünür ki, Şəxs sahibi olduğu Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən «X4» adlı obyekt (VÖEN **********) üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazə alınması təklif edilmiş və əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Protokol tərtib edilməklə inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli M**********0001№-li yayım haqqının və dövlət rüsumunun ödənişi üçün bildiriş və hesabfakturadan görünür ki, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən «X4» adlı obyekt (VÖEN **********) üzərində reklam yerləşdirilməsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cİ tarixədək dövr üçün İcazə alınması üçün Şəxs adına 27.97 AZN yayım haqqının və 7.90 AZN dövlət rüsumunun ödənişi üçün bildiriş və hesab-faktura tərtib edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən «X4» adlı obyekt (VÖEN **********) üzərində reklam yerləşdirilməsinə İcazə sənədi ilə bağlı Şəxs tərəfindən 27.97 AZN yayım haqqı və 7.90 AZN dövlət rüsumu ödənilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X3 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN1254614№-li inzibati xəta haqqında protokolun tərtib olunması üçün səbəb, ticarət obyekti üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınması tələbinə dair yazılı göstəriş və inzibati məsuliyyət barədə xəbərdarlıq bildirişinə baxmayaraq, Şəxs tərəfindən reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınmaması olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sahibi olduğu Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən «X4» adlı obyekt (VÖEN **********) üzərində reklam yerləşdirilməsi məqsədilə 2024-cü ilin fevral ayının əvvəlində X3 İdarəsinə müraciət etmiş və onunla xx.xx.2024-cü il tarixdən - xx.xx.2025-ci il tarixədək dövr üçün reklam yerləşdirilməsinə icazə sənədi alınması üçün 27.97 AZN yayım haqqı və 7.90 AZN dövlət rüsumu ödənilməsi təklif edilmişdir. Lakin ödənişin həmin bir illik müddətdə icrasının mümkün olmasını düşündüyündən o, ödənişi gecikdirmiş və bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Protokol tərtib edilməklə inzibati məsuliyyət barədə xəbərdar olunduqdan və Protokol tərtib edildikdən sonra, o, reklam yerləşdirilməsinə aldığı icazə sənədinə görə 7.90 və 27.97 AZN məbləğində ödəniş etmişdir. Göründüyü kimi Şəxs sahibi olduğu «X4» adlı obyekt (VÖEN **********) üzərində reklam yerləşdirilməsi məqsədilə 2024-cü ilin fevral ayının əvvəlində X3 İdarəsinə müraciət etmiş və onunla xx.xx.2024-cü il tarixdən - xx.xx.2025-ci il tarixədək dövr üçün reklam yerləşdirilməsinə icazə sənədi alınması üçün 27.97 AZN yayım haqqı və 7.90 AZN dövlət rüsumu ödənilməsi təklif edilmiş, həmin təklifi qəbul etmiş, lakin ödənişin həmin bir illik müddətdə icrasının mümkün olmasını düşündüyündən o, ödənişi gecikdirmiş və bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Protokol tərtib edilməklə inzibati məsuliyyət barədə xəbərdar olunduqdan və Protokol tərtib edildikdən sonra, tam həcmdə ödəniş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xətalar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «yazılı göstərişə və xəbərdarlıq bildirişinə baxmayaraq, reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınmaması» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməlində İXM-nın 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı halda, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 45, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə onun təqsirləndirilməsinə dair Azərbaycan Respublikası X1 X3 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1254614№-li inzibati xəta haqqında Protokol üzrə o, inzibati məsuliyyətdən azad olunsun və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1533/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1533/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver