Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1534/2023 28.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayındən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayındən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidmət Alayına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən, Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363- 2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 , 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qeyd edilən normanın tələblərindən göründüyü ki, Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması məhkəmənin səlahiyyətinə daxil deyildir. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayındən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-in 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100, 101, 103, 106 və 109-cu mаddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayındən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş оrqаnа qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(056)-1534/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1534/2023
28.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver