Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1536/2023 28.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin X2 polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Saatlı rayonunun Novruzlu kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2023-ci tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə həmkəndlisi X3 döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutumuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Ramili döyməmişdir, onlar arasında sözlə mübahisə olmuş və ətrafda olan şəxslər onları ayırmışlar. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, aralarında aolan avtomobil alqı-satqısına görə onun Kamrana 100 manat verəcəyi olmuş, xx.xx.2023-cü ildə Çinar kafesinin qarşısında Kamran və Elməddin qardaşları onu marktə girərkən səsləmiş, Kamran ondan 100 manatı tələb etmiş, o, pulu olmadığını bildirəndə Kamran yumruqla sağ gözünün üstündən, Elməddin isə təpiklə onu vurmuşdur. Hazırda o, şikayətçidir və barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə cəza təyin edlməsini xahiş edir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şamxal Həsənovun xx.xx.2023-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Sabirabad rayonu Əsgərbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs şikayəti əsasında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs və X1 barələrində AR İXM-nin 157-cı maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərarın surətinin İTB-nə qərara alınmışdır. «Məhkəmə-tibbi ekspertizası təyin etmək haqqında» xx.xx.2023-cü il tarixli 500 saylı rəyindən görünür ki, R.M.Məlikovun məhkəmə tibbi müayinəsi zamanı – sol təpə-gicgah, alın, sağ gözaltı, sol kürəkaltı nahiyələrində qamçırlar, alın nahiyyəsində sıyrıq küt əşyanın (Əşyaların) təsirindən əmələ gəlmişdir. əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2023-ci il tarixdə Sabirabad rayonu ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması ekspert rəyi, zərərçəkmiş şəxsin ifadəsi və digər materialları ilə öz təsdiqini tapır. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə dedikləri inzibati məsuliyyətdən yaxa qaçırmağa yönəldilmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Tərəflər həmkəndli olmaqla onlar arasında hazırda gərgin münasibət mövcud olsa da, bu gələcəkdə münasibətlərin normallaşması halını istisna etmir. İnzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi isə tərəflər arasında mövcud olan gərgin münasibətin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu hal da yolverilməz hesab edilməlidir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi müəyyən edilərkən isə zərərçəkən şəxsin hazırda şikayətçi olması nəzərə alınmaqla orta həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1536/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1536/2023
28.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver