Məhkəmə qərarları › İş №3(056)-1544/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1544/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1544/2024 23.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi protokolu tərtib etmiş şəxs Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinın sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959739№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1959739№-li protokolun və əlavə olunmuş sənədlərin məzmununa görə, Aslanzadə X2 rayonu Xəlfəli kənd sakini Zərərçəkmiş şəxs qapı satmaq adı ilə aldadaraq 320 manat pulunu mənimsədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsində təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəyimiş ziyanın əvəzi 320 manat pulun ona qaytarıldığını bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında Şəxs heç bir şikayət və tələbinin olmadığını dəyimiş ziyan 320 manat pulu qaytardığını bildirərərk onun barəsində qərar qəbul edilməsini xahiş edir. Sabirabad RPŞ-nin TB təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Həsənli Mirfərid xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surəti şikayətçi Zərərçəkmiş şəxs göndərilməklə, qərardan şikayət etmək qaydası ona izah edilməsi, qərarın surəti məlumat üçün Sabirabad rayon prokuroruna göndərilməsi, Şəxs əməlində İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Sabirabad RPŞ-nin İTB-yə verilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1959739№-li Protokolu, əlavə edilmiş sənədləri nəzərdən keçirib, proses iştirakçıları dinləyib, iş üzrə təqdim edilmiş sübutları birbiri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 320 manat məbləğində zərər vurmaqla bunla da İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İXM-nin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 39.2-ci maddəsinə görə bu məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nın 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1959739№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (zərərçəkmiş şəxslə barışdığı üçün). Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar