Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1548/2025 14.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ İşHakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölmənin baş məsləhətçi müfəttişi X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Lukoil” YDM-də vəzifəli şəxs işləyən, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölməsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 2366624№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2366624№li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs (VÖEN **********) tərəfindən Sabirabad şəhəri Muğan prospektində 42 c küçəsində yerləşən “Lukoil” adlanan YDM-də formalaşan tullantı suları kənara axıdılmışdır. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair xx.xx.2025-ci il tarixli MN 2366624№li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsədə, o, məhkəmədə iştirak etməmiş həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim edilməmişdi. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 6 saylı X1 baş məsləhətçisi X5 “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN 2366624№-li Protokol əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilib, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2366624№li inzibati xəta haqqında Protokolla əlavə edilmiş vido görüntü ilə və inzibati xəta haqqında iş üzrə toplanmış materialla müəyyən edilmişdir ki, Sabirabad şəhəri Muğan prospektində 42 c küçəsində yerləşən “Lukoil” adlanan YDM-də formalaşan tullantı suları kənara axıdılmış və bununla da, Şəxs(VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində aşağı həcmdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2366624№-li inzibati xəta haqqında Protokola əsasən Məmmədov X4 Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə
Məhkəmə qərarları › İş №3(056)-1548/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1548/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver