Məhkəmə qərarları › İş №3(056)-1549/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1549/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1549/2023 07.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Quliyev Azər Əli oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında 3 saylı X5 Sərvətlər İdarəsinin rəisi Quliyev Azər Əli oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. X4 barəsində olan 3 saylı X5 Sərvətlər İdarəsinin rəisi Quliyev Azər Əli oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından xx.xx.2023-cü il tarixdə şikayət etmişdir. Lakin şikayət vermə müddətinin bərpası barədə vəsatət təqdim etməmişdir. Ona görə də onun şikayət vermə müddəti keçmişdir. Şikayət vermə müddətinin ötürülməsini şikayətə əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadından da görmək olar. Belə ki, həmin qərardaddan göründüyü kimi, şikayətçi qərar barədə məlumatlı olaraq inzibati qaydada deyil, mülki qaydada məhkəməyə müraciət etmiş, şikayət düzgün tərtib edilmədiyinə görə geri qaytarılmışdır. Göründüyü kimi X4 qərardan şikayət vermə müddətini itirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənələrə əsasən məhkəmə hesab edir ki, X2 3 saylı X5 Sərvətlər İdarəsinin rəisi Quliyev Azər Əli oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətin müddəti keçdiyinə görə geri qaytrılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 3 saylı X5 Sərvətlər İdarəsinin rəisi Quliyev Azər Əli oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında X1 tərəfindən verilmiş şikayət şikayət vermə müddəti keçdiyinə görə geri qaytarılsın. X3 izah edilsin ki, buna əsaslar olduqda şikayət verilmə müddətinin bərpa edilməsi tələbi ilə bağlı məhkəməyə vəsatət verə bilər və belə olduğu təqdirdə vəsatətlə birlikdə şikayətini də vəsatətlə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar